General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
Eurasia Diary-nin xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.