BDU-da rektor müşavirini bıçaqlayan şəxs həbs edildi | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

BDU-da rektor müşavirini bıçaqlayan şəxs həbs edildi

Cəmiyyət A- A A+

Bakı Dövlət Universitetində rektor müşavirini və komendantı bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

EDNews.net xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən İsmixan Mirzəyev barəsində dörd ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

İ.Mirzəyev barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...