Bakı və Sumqayıt, Abşeron rayonlarında sərnişindaşımada COVID pasportu tələb olunmayacaq | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Bakı və Sumqayıt, Abşeron rayonlarında sərnişindaşımada COVID pasportu tələb olunmayacaq

Cəmiyyət A- A A+

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşımada sərnişinlərdən COVİD pasportu tələb olunmayacaq.

Bu barədə EDNews.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edilib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...