Qərbi Azərbaycan İcması və ATU-nun təşəbbüsü ilə Müstəqilliyimizin bərpası gününə həsr olunan tədbir keçirilib

Cəmiyyət 17:53 17.10.2021
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının, İcmanın Ankara təmsilçiliyinin və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünə həsr olunmuş videoformatlı tədbir keçirilib.
 
EDNews.net xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov bildirib ki, bu il keçirilən Müstəqilliyin Bərpası Gününün digər illərdəkinə nəzərən olduqca fərqlidir. Bu il Müzəffər Ali Baş Komandanımızın, şanlı ordumuzun və qədirbilən xalqımızın birgə səyi nəticəsində bayramın olduqca möhtəşəm əhval – ruhiyyədə keçirildiyini bildirən N.Muradov Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktının 1991-ci il oktyabrın 18-də qəbul edildiyini söyləsə də, Azərbaycanın özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdiyini vurğulayıb: “1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndərin siyasi kursunu uğurla davam etdiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev dönəmində isə Azərbaycan zəfərə doğru gedən yolda əmin addımlarla irəlilədi və nəhayət ötən il zəfər bizim oldu. Bundan sonra alnımız açıq, üzümüz ağ əbədi müstəqilliyimizin bərpası gününü qeyd edəcəyik”. Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması sədrinin I müavini Mirfaiq Mirheydəroğlu müstəqil Azərbaycan Respublikası 18 oktyabrdan etibarən möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutduğunu vurğulayaraq, 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar haqqında toplantı iştirakçılarına geniş məlumat verib. O, bildirib ki, Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub: “Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi Ulu öndər Heydər Əliyev və müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə sıx surətdə bağlıdır. Ötən il qazanılan zəfərdən sonra dövlətimizin qarşısında yeni bir cığır açılıb. Bu zəfər faktı yeni və qlobal dünyada ölkəmizin yerini daha da möhkəmləndirdi”.
 
Qərbi Azərbaycan İcması Ankara təmsilçisi, araşdırmaçı – yazar Dr.Derya Akdemir çıxışında ötən ilin bu günlərdində bütün Dünya Azərbaycanlılarının gözlərini vətənə dikdiklərini, gələn hər zəfər xəbəri ilə Azərbaycan tarixində yeni səhifələrinin yazıldığını qeyd edib. Ölkə başçı İlham ƏIiyevin qətiyyətindən xüsusi fəxr hissi ilə bəhs edən araşdırmaçı – yazar yeni qələmə aldığı kitabını da II Qarabağ savaşında şəhid olan qəhrəman Vətən övladlarına həsr etdiyini bildirib.
 
Daha sonra çıxış edən Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı Mərdan Tağıyev, Ümumi və tətbiqi Riyaziyyat kafedrasının müdiri  Hamlet Kəsəmənli, Qərbi Azərbaycan İcmasının sədr müavini Azadə Novruzova, İcmanın Gənclər Təşkilatın sədr müavini Ruslan Qasımov cəmi 23 ay yaşayan, Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm addımlar atıb. Vurğulanıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi elan edilib və ölkə dünya birliyinin tamhüquqlu üzvünə çevrilib. Hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulanıb. Sonda çıxışçılar xalqımızın qazandığı zəfərdə əməyi olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyiblər.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı