Bu gün Ukraynanın Xarkov şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib.
EDNews.net xəbər verir ki, bu barədə Kult.az-a Ukraynada yaşayan Milli Hərəkatçılar Birliyi İdarə Heyətinin üzvü Vaqif Almuradlı məlumat verib.
Məlumata görə, konfransda Türk-Ukrayna milli adət ənənələri barədə müzakirlər aparılıb.
Qeyd edək ki, konfransda Azərbaycanın, Türkiyənin, Özbəkistanın və Qazaxıstanın Ukraynadıkı səfirliyi, eyni zamanda, Ukrayna Xarkov şəhər meriyası, Ukraynanın nüfuzlu universitetlərinin rektorları, türkoloq alimlər və s. iştirak ediblər.