Jurnalistə hücum etdiyi deyilən Rövşən Cahangirov danışdı - Orada nə ediblər... - VİDEO - ednews.net

17 Yanvar, Bazar ertəsi

Jurnalistə hücum etdiyi deyilən Rövşən Cahangirov danışdı - Orada nə ediblər... - VİDEO

Cəmiyyət A- A A+

Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov dünən sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.

EDNews.net xəbər verir ki, R. Cahangirov Olay.az-a açıqlamasında haqqında yayılan iddiaların doğru olmadığını deyib:

“Əgər hücum etmişəmsə, kiməsə yumruq atmışamsa, videonu göstərsin. Orada nə ediblər, mən bilmirəm. Belə bir video varsa, göstərsinlər”.

R. Cahangirov onu da qeyd edib ki, bu gün mətbuata geniş açıqlama veriləcək.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, R. Cahangirovun Baku TV-nin əməkdaşlarına hücum etdiyi iddia edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...