Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus UNEC İqtisadi Forumda çıxış edib

Cəmiyyət 18:21 03.12.2021

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə həyata keçirilən UNEC İqtisadi Forumu-2021 işini davam etdirir. Devizi "Zəfər Yolu" olan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr edilən forum 5 panel üzrə davam etməkdədir. EDNews.net xəbər verir ki, Forumun 4-cü – Post-pandemiya dövründə biznes transformasiyası panelində Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunus online çıxış edib. 

Həmin çıxışın əsas hissəsini sizlərə təqdim edirik. 

“İlk öncə məni pandemiyanın səbəb olduğu belə bir çətin dönəmdə bura dəvət edib, söz verdiyiniz üçün təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, bu çətin prosesdə Qlobal İstiləşmə də gündəlikdə əsas prioritetlərdən biri kimi yer almaqdadır. 

Əslində sizə deyim ki, pandemiya bir qlobal düşmən kimi üzərimizə hücum edərkən, biz qlobal şəkildə buna qarşı necə mübarizə aparmağın metodunu kəşf etdik. Pandemiya dünyanı büsbütün bürüdüyü bir dönəmdə, həm də bizim bir araya toplanmağımızın vacib olduğunu bizə öyrətdi. 

Onu da əlavə edim ki, böyük bir bəla üzərimizə gələrkən, dünyamız təcrid olunmuş ada kimi parçalanmışdı. Əslində, belə bir vəziyyətdə dünyamız yumruq kimi birləşməli idi. Birimiz digərimizin halından xəbərsiz idik və o biri adada nə baş verdiyi bizi maraqlandırmırdı. Proseslər davam etdikcə, ortaya peyvənd olunma fikri gəldi. Ancaq burada da həmrəylik nümayiş etdirə bilmədik. Hər kəs birləşərək mübarizə aparmaq yerinə, hər bir tərəf özü-özlüyündə peyvənd icad etmək qərarını verdi. Həkimlər kritik durumda olan xəstələr qarşısında aciz duruma düşdü və insanları talelərinin ümidinə buraxdı. 

Belə bir vaxtda insan həyatı biznesdən arxa plana keçdi. Hər kəs mənfəət əldə etmək naminə öz patenti ilə istehsal etdiyi peyvəndləri təbliğ etməyə başladı. Bir sözlə, gəlirə olan böyük həvəsimiz bizi elmdə inkişaf etməkdən məhrum etdi. 

Bundan əlavə, dünyanın hazırda cəmi 10 ölkəsi peyvənd olunmanı uğurla həyata keçirib. Qalan ölkələrin əhalisi kifayət qədər peyvənd olunmadığı üçün demək olar ki, risk qarşısındadır”.

Məhəmməd Yunus çıxışı zamanı Qlobal İstiləşmə probleminə də toxunub.

O, dünyanın eqoizmə düçar olması səbəbindən təbiətimizin məhvə doğru getdiyini vurğulayıb. Məhəmməd Yunus bunu dünyada qlobal işsizliyin artması ilə də əlaqələndirib. O, pandemiya dönəmində artan işsizliyi həm də sənaye inqilabının dırnaqarası uğuru kimi adlandırıb. 

“Biz pandemiyadan sonra sənaye sahəsində əldə etdiyimiz uğurlarla öyünməyə başladıq. Süni intellekti artırmaqla insanları əməkdən kənarlaşdırdıq. 

Təbii ki, süni intellektin sayəsində xeyli gəlir əldə etmək mümkündür. Çünki on insanın görəcəyi işi bir robot texnologiyası daha sürətlə həyata keçirə bilir. Belə olduqda insanların funksiyası azalır və işsizlər kütləsi yaranır. Hətta iş o yerə çatıb ki, robot texnologiyası professor olan bir insanı ötüb keçə bilib. Ümumiyyətlə, süni intellekt elmin və həyatımızın hər sahəsinə nüfuz edib. Bəs biz indi hara doğru gedirik? İşsizlər kütləsinəmi doğru. Bu mənim həyata baxış perspektivim deyil. Bununla mübarizə aparmaq üçün mən yeni dünya qurmağı, yəni “3Zero” (3Sıfır) dünyasını inşa etməyi təklif edirəm. Bu dünya sıfır karbon qazı, sıfır sərvətin bir əldə təmərküzləşməsi və sıfır işsizlikdir.

Biz yeni dünyamızda insanların daxili potensialının üzə çıxmasına yardım etməli və onların hər birinin sahibkar və iş adamı olmasına şərait yaratmalıyıq”.  

Xatırladaq ki, 2016-cı ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin şəxsi dəvəti ilə ölkəmizə səfər edən Məhəmməd Yunus ölkə prezidenti İlham Əliyevlə də görüşüb.


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
Hamısı