“İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçirilir

Cəmiyyət 13:15 06.12.2021

Bu gün Şamaxıda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın post-konflikt ərazilərində iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” mövzusunda kompleks tədqiqat çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktik konfrans keçirilir.

Tədbir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində baş tutub. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ADA Universiteti ilə birlikdə təşkil olunan konfransda ölkəmizin dövlət qurumlarının və aparıcı elm, təhsil müəssisələrinin mütəxəssisləri dəvət olunub. Konfransda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev də iştirak edir.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, AMEA-nın İqtisadiyyat İnstitutunun Baş direktoru, professor Nazim Müzəffərli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbəri Mirəli Kazımov açılış nitqi ilə çıxış edib.

Sonra konfransın birinci sessiyasında məruzələr dinlənilib.

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə hər şey sıfırdan başlayaraq qurulmalı olduğundan burada innovativliyi tətbiq etmək daha rahatdır və bunun üçün imkanlar daha çoxdur. Digər tərəfdən, innovativliyin təmin olunmasında həmişə əsas maneələrdən biri olan vəsait çatışmazlığı problemi burada olmamalıdır. Belə ki, təkcə bu il işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 mlrd. manat vəsait ayrılıb və gələn il də ən azı eyni məbləğdə vəsaitin ayrılması nəzərdə tutulur. Gələcəkdə bu məbləğin lazım olan qədər artırılacağı, habelə özəl sektor tərəfindən ayrılacaq vəsaitləri və xarici investisiyaları da bura əlavə etsək, bu məbləğin daha çox olacağı gözlənilir.

Nazir müavini qeyd edib ki, ölkə başçısı tərəfindən Qarabağın “Yaşıl zona” elan edilməsi, müasir sənaye parkları və aqroparkların yaradılması, bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün xüsusi vergi güzəştləri və azadolmaların tətbiq olunacağının nəzərdə tutulması da əlavə olaraq kifayət qədər böyük imkanlar deməkdir.

O, konfransda bu və ya digər məsələlərin ətraflı müzakirə ediləcəyini bildirib: “Təşkilatçılar pandemiya şəraitini və konfransımızda da innovativ metodlardan istifadə sahəsində nümunə göstərmək istəyini nümayiş etdirərək iclasların internet üzərindən canlı olaraq yayınlanmasını da təmin ediblər və güman edirəm ki, bu, marağı olan daha çox insana konfransımızın gedişini izləmək və öz təkliflərini təqdim etmək imkanı verəcək”.

Sahib Ələkbərov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, innovativ iqtisadi inkişaf innovasiya axınına, mütərəqqi texnologiyaların geniş tətbiqinə, yüksək əlavə dəyərə malik yüksək texnoloji məhsulların istehsalına və ixracına əsaslanır. İşğaldan azad olunmuş ərazilərdə innovativ kənd təsərrüfatı modellərinin tətbiq olunması, dağ-mədən sənayesinin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan nəqliyyat-loqistika sisteminin qurulması, bərpa olunan enerjidən, yəni günəş, külək, su enerjisindən istifadə etməklə ekoloji tarazlığın təmin edilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması və yenidən hazırlanması innovativ iqtisadi inkişafın əsas istiqamətlərindəndir.

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam rayonunda innovativ iqtisadiyyat: praktik işlər və yaxın gələcək üçün perspektivlər, AMEA-nın Birinci Vitse-prezidenti, akademik Arif Həşimov İnnovativ iqtisadiyyat və elmin təşkili sistemində islahatlar, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Potensial repatriantların “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı iqtisadiyyat” mühitində yaşayışa hazırlanması məsələləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında rəqabətə davamlı sənaye potensialının yaradılması haqqında məruzələrlə çıxışlar ediblər.

Fasilədən sonra konfrans ikinci sessiyada məruzələrin dinlənilməsilə davam edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Həsənov Post-konflikt dövrdə innovativ texnologiyaların yenidənqurma və inkişafda rolu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, t.e.d., professor Mustafa Babanlı İnnovativ iqtisadiyyat və innovativ insan, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov Azərbaycanda iqtisadiyyatın innovativlik səviyyəsinin ölçülməsi sahəsində problemlər və onların həlli yolları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyinin sədr müavini Ceyhun Salmanov İnnovativ məhsul və xidmətlər istehsalının təşviqi mexanizmləri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Direktoru, i.f.d. Firdovsi Fikrətzadə Qarabağın kənd təsərrüfatında innovativ texnologiyalarda istifadə perspektivləri, AMEA İqtisadiyyat İnstitutunun İcraçı direktor əvəzi, i.f.d., dosent Allahyar Muradov İnnovativ iqtisadi inkişafın “mühit çərçivəsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir çıxış və müzakirələrlə davam edir.


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı