Tofiq Bəhramovu sevən ingilis və onu bağışlamayan alman 45 il sonra BAKIDA Bir şəklin tarixçəsi...

Cəmiyyət 21:16 22.12.2021
EDNews.net bildirir ki, Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında bu fotonu təqdim etməsinə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqin saytımıza müsahibəsi səbəb oldu.
 
Cənab səfir müsahibəsində yarızarafat-yarıciddi alman futbolsevərlərin 1966-cı ildə baş verən hadisəni 55 il keçməsinə baxmayaraq hələ də unuda bilmədiklərini və azərbaycanlı futbol hakimi Tofiq Bəhramovu bağışlamaqda çətinlik çəkdiklərini deyib.
 
“Alman futbolsevərlərin bağışlamağa çətinlik çəkdiyi bircə şey var: 1966-cı ildə Qərbi Almaniyanı “Dünya çempionu” titulundan məhrum edən məşhur “Wembley-qolu“ sovet futbol hakimi tərəfindən qeydə alınmışdı - onun adı Tofiq Bəhramov idi!”.
 
Yəqin ki, yaşlı futbol azarkeşləri bu hadisə haqqında məlumatlıdır. Amma səfirin açıqlaması bizi bir daha həmin olayı yada salmağa məcbur etdi.
 
Zaman 1966-cı il… Məkan məşhur "Uembli" stadionu…
 
Dünya çempionatının final oyununda İngiltərə-Almaniya qarşılaşmasının əsas vaxtı 2:2 hesabı ilə başa çatır. Oyunun əlavə vaxtında SSRi-dən olan azərbaycanlı yan xətt hakimi Tofq Bəhramov İngiltərə millisinin oyunçusu Ceff Herstin vurduğu mübahisəli qolu qeydə alır.
 
Həmin an oyunun əsas hakimi ingilis futbolçunun zərbəsindən sonra tirə dəyərək yerə düşən topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirə bilməyəndə yan xətt hakimi Bəhramov mərkəzə doğru qaçmaqla qolu qeydə alır. Tofiq Bəhramovun bu qərarı almanların etirazına səbəb olur və onlar azərbaycanlı hakimin üzərinə gedərək, onu geri çəkilməyə məcbur etməyə çalışırlar. Amma Bəhramov öz qərarında israr edir.
 
Bu qərar almanların böyük narazılığına, ingilislərin isə böyük sevincinə səbəb olur.
 
Beləliklə, İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçir.
 
Əfsanəvi futbolçu Ceff Herst isə bundan daha da ruhlanır və oyunun sonunadək bir qol da vuraraq, İngiltərəyə 4:2 hesablı qələbə qazandırır.
 
Yan xətt hakimi Tofiq Bəhramov bu oyundan sonra Böyük Britaniya kraliçası tərəfindən "Qızıl fit" mükafatına layiq görüldü. O dövrlər isə bu mükafatı yalnız baş hakimlərə verirdilər. Bu mənada Bəhramov laysman kimi “Qızıl fit” almış yeganə hakim olaraq dünya futbol tarixinə düşdü.
 
Məşhur ingilis yazıçısı Artur Hopkraft isə sonralar özünün "Futbol adamı" kitabını həmyerlimizə həsr etdi. Həmin kitabda yazılır: “Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".
 
Həmin hadisədən illər keçsə də, ingilislərin vurduğu topun qapı xəttini keçib-keçməməyi ilə bağlı müzakirələr bitib-tükənmir.
 
55 il sonra – 2021-ci ildə Almaniyanı Azərbaycanda təmsil edən səfir Volfqanq Maniqin bir daha bu hadisəni yada salması almanların doğrudan da Bəhramovu bağışlaya bilmədiyini deməyə əsas verir.
 
Qeyd edək ki, o məşhur qolun müəllifi Ceff Herst (İngiltərə) və o qolu buraxan qapıçı Hans Tilikovski (Almaniya) 45 il sonra – 2011-ci ildə Bakıya gəlmiş, Tofiq Bəhramovun heykəli qarşısında şəkil çəkdirmişdilər.
 
 
1966-cı il "Uembli" stadionu… Alman futbolçular Bəhramova etiraz edirlər...
 
 
2011-ci ilin iyunu - o məşhur qolu vuran Ceff Herst (İngiltərə) və o qolu buraxan Hans Tilikovski (Almaniya) 45 il sonra Bakıda...
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı