Bu şəxslərə 300 manat kirayə pulu veriləcək - VİDEO - ednews.net

27 Yanvar, Cümə axşamı

Bu şəxslərə 300 manat kirayə pulu veriləcək - VİDEO

Cəmiyyət A- A A+

Sumqayıt şəhəri 4 saylı xəstəxanadakı yanğından zərər çəkən vətəndaşlara maddi yardım olunacaq.

EDNews.net İTV-yə istinadən xəbər verir ki, Səhiyyə müəssisəsinin yanğın baş verən birinci mərtəbəsində məskunlaşan məcburi köçkünlər təmir başa çatanadək 300 manat kirayə pulu alacaqlar.

Bunu Qubadlı rayon icra hakimiyyətindən bildiriblər. Qurum eyni zamanda yanğından zərər çəkən ailələrə yataq dəstləri və mebel yardımı ediləcəyi vədini verib. Hazırda sakinlər çox az sayda qalan istifadəyə yararlı əşyalarını yanan mənzillərindən çıxarmaqla məşğuldurlar.

Bildirdiklərinə görə qadınlar, uşaqlar və yaşlılar gecəni qohum-əqrabalarının evlərində keçiriblər. Kişilər isə ərazidə əşyalara nəzarət üçün qalıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...