Özünü FHN polkovniki kimi təqdim edən şəxsin daha bir cinayəti üzə çıxdı - ednews.net

28 Yanvar, Cümə

Özünü FHN polkovniki kimi təqdim edən şəxsin daha bir cinayəti üzə çıxdı

Cəmiyyət A- A A+

Özünü FHN polkovniki kimi təqdim edən Əhmədli Rasim İkram oğlunun daha bir cinayəti üzə çıxıb.

EDNews.net xəbər verir ki, 2019-cu ildə o, ərə getmək istəyən keçmiş arvadını yandırmağa çalışıb.

Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.

Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, 1981-ci il təvəllüdlü Əhmədli Rasim İkram oğlu sentyabrın 15-də, saat 18:30 radələrində keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədzadə Aynur Rasim qızının evinə gəlib.

Nəticədə keçmiş həyat yoldaşları arasında münaqişə yaşanıb və bu müddət ərzində kişi qadının üzərinə benzin tökərək onu yandırmağa çalışıb. Bu zaman onların qızı polisə zəng edərək məlumat verib.

Rasim Əhmədli cinayət yerindən qaçmağa çalışsa da, 14-cü Polis Bölməsinin əməliyyatçıları onu istintaqdan yayınmadan saxlayıblar.

İlkin dindirmə zamanı saxlanılan şəxs münaqişənin keçmiş həyat yoldaşının səhv davranışları səbəbindən yarandığını bildirib.

Belə ki, R.Əhmədli iki qız anası olan A.Məmmədzadənin evə kənar adam gətirməsini qəbul edə bilməyib.

R.Əhmədli keçmiş həyat yoldaşının ona həyatını bundan sonra başqa biri ilə birləşdirmək istədiyini və buna görə onların evinə gəlməməsi ilə bağlı məlumat verdiyi mesajı göstərib.

Bunun ardından keçmiş ər qızlarının olduğu evə başqa bir kişinin gəlməsinə qəti şəkildə qarşı çıxaraq qızları ona verməyi tələb edib. Lakin qadın bu tələblə razılaşmayıb.

Nəticədə R.Əhmədli benzin götürərək keçmiş həyat yoldaşının evinə gedib.

Qeyd edək ki, bu hərəkətinə görə onun məhkəmə tərəfindən cəzalandırılması barədə informasiya yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...