Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsindən 32 il ötür.
Ümumxalq Hüzn Günü ilə əlaqədar xalq Şəhidlər xiyabanını ziyarət edir, faciə qurbanlarını anır. Bu, pandemiya dövründə ilk kütləvi ziyarətdir.
EDNews-un əməkdaşı Fariz Vəliyev həmin görüntüləri kameranın yaddaşına köçürüb.
Qeyd edək ki, ziyarət 11:00-dan etibarən başlayıb və axşam saatlarınadək davam edəcək.