Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında İNTİHAR - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında İNTİHAR

Cəmiyyət A- A A+

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib.

 
Bu barədə Ednews-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
 
Qeyd olunub ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.
 
Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.
 
Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

 

***

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında intihar hadisəsi qeydə alınıb.

Ednews-in Bizim.Media-ya istinadən məlumata görə, Rzaquliyev Ramiz Xəqani oğlu özünü xəstəxana binasından atıb.

İntihar səbəbi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...