Sabah Ağdama 2 avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Sabah Ağdama 2 avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda

Cəmiyyət A- A A+

Sabah Ağdam şəhərinə iki avtobus reysi təşkil olunacaq.

Ednews xəbər verir ki, avtobus reyslərinə biletlər artıq satışa çıxarılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. 

Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. 

Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. 

İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olar. 

Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...