BAMF möhtəşəm ilkə imza atdı FOTO

Cəmiyyət 17:36 31.01.2022

Beynəlxalq Avrasiya Mətbuat Fondu Ərəb dünyasının ən nüfuzlu tədqiqat mərkəzlərindən biri olan Ərəb Avrasiya Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalayıb.

İmza mərasimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Ərəb Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Əmr Əbdülhəmid arasında Misirin paytaxtı Qahirə şəhərində baş tutub.

Anlaşma memorandumunun əsas məqsədi Avrasiya regionundakı ölkələr və onu əhatə edən Çin, Türkiyə, İran, Hindistan, Pakistan kimi digər region ölkələrinin tədqiq edilməsi, habelə Amerika və Avropa Birliyi arasında olan siyasi və iqtisadi münasibətlər, onların sosial və mədəni həyatının araşdırılıb öyrənilməsinə dair əməkdaşlıq etməkdir.

Mərasimdə Əmr Əbdülhəmid BAMF-ın prezidenti Umud Mirzəyev haqqında ürək sözlərini bildirərək deyib ki, onu Qahirədə öz mərkəzlərində qəbul etmək çox xoşdur.

“Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə bu anlaşma memorandumunu imzalamaq bizim üçün böyük uğurdur. Bizim bu istiqamətdə geniş  müzakirələrimiz oldu və sonda  bu gözəl təşəbbüsə imza atdıq. Mən səmimi qəlbdən inanıram ki, biz bu layihəni uğurla həyata keçirəcəyik. Ümid edirəm ki, tezliklə görüşümüz, mənim sevimli şəhərim Bakıda baş tutacaq”- deyə, o, qeyd edib.

BAMF prezidenti Umud Mirzəyev də öz növbəsində bildirib ki, onları birgə dəyərlər birləşdirir.

“Biz hər zaman sizi və millətinizi özümüzə doğma saymışıq. Mədəni, tarixi və digər sahələrdə çox oxşar nöqtələrimiz var. Bu əməkdaşlığın çox uğurla davam etməsi üçün hər zaman çalışacağıq”.

O, bildirib ki, Qahirədə tərəflər arasında imzalanmış bu saziş Ərəb Avrasiya Araşdırmaları Mərkəzi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə tədqiqat və araşdırmalar aparmasına, əldə olunan məlumatların hər iki ölkənin onlayn mediasında dərc, birgə dərgilər nəşr edilməsinə, həmçinin Qahirə və Bakıda birgə seminarların təşkilinə, ümumilikdə Azərbaycan mediası ilə ƏAAM arasında təcrübə mübadiləsinə imkan yaradacaq. İmza mərasimində həmçinin qarşılıqlı səfərlərin baş tutması barədə də razılaşma əldə edilib.

Xatırladaq ki, Ərəb Avrasiya Araşdırmaları Mərkəzi (CAES)  az vaxtda yaranmasına baxmayaraq, regionla bağlı böyük tətqiqat işləri aparılır, eyni zamanda müxtəlif nəşrləri və 3 aydan bir nüsxəsi, həm də elekron variantda pulsuz yayımlanan “Ərəb və Avrasiya problemləri” jurnalı ərəb və rus dilində işıq üzü görür. Bu nəşrlərdə Avrasiya tətqiqatı sahəsində dünyanın ən aparıcı insanlarının adları keçir.

Mərkəzin təsisçisi və ona  rəhbərlik edən Əmr Əbdülhəmid ilk təhsilini 1 il müddətinə Bakıda aldıqdan sonra Rusiyada davam etdirib.

Əmir Əbdülhəmid Rusiyada müxtəlif ərəbdilli nəşrləri və telekanalları təmsil etməyə başlayıb. O, Rusiyada əsasən “Əl- Əhram”, “Əl- Ərəbiyyə” nəşrlərinin xüsusi  nümayəndəsi və “Əl- Cəzirə” telekanalının 8 il təmsilçisi olub. O, post sovet dövlətlərinin başçıları və siyasi liderlərin əksəriyyəti ilə maraqlı müsahibələr edib. Əmir Əbdülhəmidin müsahibləri sırasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rus Pravoslav Kilsəsinin rəhbəri patriarx Kiril, Çeçenistan Prezidenti Ramzan Kadırov, Tatarıstan Prezidenti Rustam Minnixanov, Mixael Saakaşvili, Yuliya Timoşenko, Misirin prezidenti və ərəb dünyasının bir çox siyasi liderlərinin və digərlərinin adlarını sadalamaq olar.

Əmir Əbdülhəmid, həmçinin Misirin ən nüfuzlu telekanallarından biri olan TEN televiziyasının baş meneceridir.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olaraq son 30 ildə hər il ölkə əhəmiyyətli yeni layihələrlə gündəmə gəlib.

Təşkilatın yenilikləri və layihələri bununla da bitmir. 2022-ci il Beynəlxalq Avrasiya Mətbuat Fondu üçün həm də ona görə əlamətdardır ki, bu il qurumun 30 illik hesabat yubileyinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, imza mərasimində BAMF-ın Ərəb ölkələri üzrə müşaviri Əhməd Sami də iştirak edib.


İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı