“Parklanma ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək”.
Ednews-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bölgələrdə isə bu cərimələri Daxili İşlər Nazirliyi tətbiq edəcək.