Azərbaycanda nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimə ediləcək.
Ednews-in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul olunub.
Xatırladaq ki, hazırda bu müddət 24 saatdır.