“İşçi əsas iş yerindən başqa əlavə iş yerində də işləyə bilər”.
Ednews-in xəbərinə görə, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, sadəcə, işçinin əlavə iş yerində işləməsi həftəlik 20 saatdan, gündəlik isə 4 saatdan artıq ola bilməz:
“Gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqının verilməsi üçün isə Nazirlər Kabinetinin qərarı mövcuddur.
74 nömrəli qərara əsasən, gecə vaxtı yerinə yetirilən işə görə işçiyə saat hesabı tarif maaşının 20 %-i, çoxnövbəli işdə axşam növbəsinə görə 20 %-i, gecə növbəsinə görə 40 %-i həcmində əlavə haqq müəyyən edilir.
Çoxnövbəli iş də hər növbənin saatı 8 saat müəyyən edilir. Növbələrin hər biri 8 saatdan ibarətdirsə, bu zaman axşam rejiminə görə maaşın 40 %-i həcmində əlavə verilir”.