Bakı Dövlət Universitetinə (BDU) yeni mətbuat katibi təyin olunub.
Bu vəzifəyə jurnalist Kəmalə Namazova təyinat alıb.
Ednews xəbər verir ki, o, "Report"a açıqlamasında yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, K.Namazova əvvəllər bir sıra tanınmış mətbuat orqanlarında fəaliyyət göstərib.