Deputat Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında şikayət olunub.
Ednews xəbər verir ki, bu haqda informasiya sosial şəbəkələrdə yayılıb.
Mənbə qeyd edir ki, bir qrup jurnalist C.Feyziyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.
Şikayət Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 17-ə təyin edilib.
Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev bir müddət əvvəl sosial şəbəkə hesabında London Məhkəməsində ailəsinə məxsus 5 milyon funt-sterlinqlə bağlı qalmaqalı yaydıqlarına görə bir qrup jurnalistin ünvanına xoşagəlməz ifadələr yazmışdı.
O, Xədicə İsmayıl, Sevinc Telmanqızı, Ləman Ələşrəfqızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyevi agent, Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı, Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Şahin Əhmədov, Elnur Məhərrəmlini isə dələduz adlandırmışdı.
Mətbuatın təpkisi ilə üzləşən deputat isə statusunu silmiş və Mətbuat Şurasının üzvlüyündən istefa vermişdi.