Sosial şəbəkələrdə azyaşlı cütlüyün nişan mərasimi keçirilməsini əks etdirən videogörüntülərin yayılıb.
Ednews xəbər verir ki, görüntülərin Bərdənin Soğanverdilər kəndində çəkildiyi iddia olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, yayılmış iddialarla bağlı Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.
Araşdırmalarla həmin nişan mərasiminin Bərdə rayonunun Soğanverdilər kəndində keçirilmədiyi müəyyən edilib.
DİN rəsmisi qeyd edib ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir.