Ötən il Ali Məhkəmənin Cinayət Kollegiyasına ən çox hansı məhkəmələrdən işlərin daxil olduğu açıqlanıb.
Ali Məhkəmədən Ednews-a verilən məlumata görə, 2021-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına 2399 nəfər barəsində işlərin (materialların) daha böyük hissəsi Bakı Apellyasiya Məhkəməsindən daxil olub.
Qeyd edilib ki, 2021-ci ildə Ali Məhkəmənin Cinayət kollegiyasında baxılmış işlərdən 1202 (50,1%) nəfər barəsində iş Bakı Apellyasiya Məhkəməsindən, 7 (0,3%) nəfər barəsində iş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindən, 248 (10,3%) nəfər barəsində iş Sumqayıt Apellyasiya Məhkəməsindən, 275 (11,5%) nəfər barəsində iş Gəncə Apellyasiya Məhkəməsindən, 468 (19,5%) nəfər barəsində iş Şirvan Apellyasiya Məhkəməsindən, 200 (8,3%) nəfər barəsində iş Şəki Apellyasiya Məhkəməsindən daxil olan işlərdir.