Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Ednews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, paytaxtın Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 1 p.m kabel yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.