Ukraynada azərbaycanlı sürücülərin təxliyyəsinə başlanılıb.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.
Bildirilib ki, ilkin məlumatlara görə, Odessada olan 6 yük maşını Moldovaya göndərilib.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyəti qurumları tərəfindən aparılan danışıqlar nəticəsində Odessa limanı ərazisində olan sürücülərin həmin istiqamətdə hərəkət edəcəyi gözlənilir.
Kiyev, Xarkov və Ukraynanın digər vilayətlərində yerləşən sürücülərin təxliyəsi üçün də iş aparılır. Onlarla daimi təmasda olurlar. ABADA rəhbərliyi adından yanacaqla bağlı problem yaşayan bəzi sürücülərin problemi həll olunub”, - deyə assosiasiyadan bildirilib.