1988-ci ildə azərbaycanlıları Xankəndindən deportasiya etmək üçün ermənilər təxribatlar törədib, etdikləri günahları yerli əhalinin boynuna yıxırdı. Bu zaman erməni separatçı dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onlardan şəhəri tərk etmələrini tələb edirdilər.
Deportasiya zamanı Xankəndidən 18 minə yaxın azərbaycanlı qovulur, bəziləri isə ixtişaşlar zamanı qətlə yetirilir.
Xankəndidən çıxan sonuncu şəxs Zahid Əlişov Ednews-a müsahibəsi zamanı həmin günlərdə aldığı travma və təəssürratlar barədə danışıb. Onun sözlərinə görə, bu hadisələrdən 33 il keçməsinə baxmayaraq hər şey dünənki kimi xatirindədir.
Daha ətraflı video müsahibədə izləyə bilərsiniz.
Vüsalə Balayeva