Cərrah-uroloq Araz Bayramov budəfəki məhkəməyə gələcəkmi? - ednews.net

24 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Cərrah-uroloq Araz Bayramov budəfəki məhkəməyə gələcəkmi?

Cəmiyyət A- A A+

Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşının sağlamlığına xələl gətirən həkim Uroloq Araz Bayramovla bağlı apellyasiya məhkəməsinin növbəti iclası 11 mart saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

Ednews xəbər verir ki, işə hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılır.

Xatıladaq ki, Bayramov Araz Eldar oğlunun iddiaçı Anar Gözəlov Yaqub oğlunu 18 fevral 2021-ci il tarixində “Buta” Klinikasında etdiyi əməliyyat nəticəsində ikitərəfli beyin insultu və qanaxması ilə anlama və nitq qüsurlu qalmasına görə, ona qarşı mənəvi və maddi zərərin ödənilməsinə dair mülki iddia qaldırılıb.  2 iyul 2021-ci il tarixində iddiaçı tərəf olaraq dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət olunub. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, iş № 2(005)- 3675/2021 qətnaməsininin qərəzli olduğunu qeyd edən iddiaçı tərəf zərərçəkən olaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, məhkəmə işi ilə bağlı qərar çıxaran Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev artıq hakimlikdən alınıb. 

Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

 
Zeynəb Nadirova

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...