Məhkəmə ədaləti bərpa edəcəkmi? Araz Bayramovun məhkəmə işi yenə təxirə salındı

Cəmiyyət 09:33 12.03.2022

Ötən gün Bakı Apellyasiya Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun sağlamlığına qəsdən zərər yetirməkdə ittiham olunan həkim Araz Bayramova qarşı iddia üzrə 2-ci məhkəmə prosesi keçirilib.

Ednews-un xəbərinə görə, Məmməd Məmmədovun sədrliyi ilə baş tutan və bir saatdan çox davam edən məhkəmə prosesi aprel ayının 1-nə təxirə salınıb.

Ölkə ictimaiyyətinin diqqətini cəlb elən məhkəmə işi ilə bağlı telejurnalist Günel Gözəlova məhkəmə qarşısında jurnalistlərin suallarını cavablandırıb.

“Bu dəfə məhkəmə daha uzun çəkdi. Yenə həyat yoldaşımın həyatına qəsd edən “həkim” Araz Bayramov məhkəməyə gəlmədi. Deyiləsi çox sözümüz vardı. Hər zaman olduğu kimi qarşı tərəf heç bir əsas gətirmədən iddiaları rədd edirdi. Bu günkü məhkəmənin yekun qərarı isə məhkəmənin 1 aprel, saat 14:20-yə təxirə salınması oldu”- deyə, G.Gözəlova qeyd edib.

Məşhur telejurnalist məhkəmənin təxirə salınmasının səbəbini isə belə izah edib:

“Hər iki tərəfin iddiaları nəzərə alınaraq, hakim Məmməd Məmmədov tərəfindən  məhkəmə işi sənəd çatışmazlığı əsas gətirilərək təxirə salınıb. Sözügedən sənədlərdən biri dəfələrlə qeyd etdiyim həyat yoldaşım Anar Gözəlovun orjinal xəstəlik tarixçəsidir. Bizə və məhkəməyə indiyədək qarşı tərəfin təqdim etdiyi xəstəlik tarixçəsi bir-iki cızma-qaradan ibarət ksserekopiya idi. Mən bundan əvvəlki məhkəmələrdə də bildirmişdim ki, orjinal xəstəlik tarixçəsi olmadan bu iş aparıla bilməz. Bu məsələ ilə bağlı hakim M.Məmmədov müraciətimə müsbət yanaşdı və növbəti məhkəmədə bu sənədin incələnəcəyini bildirdi.

Qarşı tərəfin iddiaları isə xeyli gülünc, tələb etdikləri sənədlərsə ümumiyyətlə mənasız idi. Belə ki, Araz Bayramovu təmsil edən vəkili həyat yoldaşım A.Gözəlovun insult keçirdiyi 18 fevral tarixindən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) əlillik statusu almaq üçün guya dəfələrlə müraciət etdiyini iddia etdi. Halbuki, belə bir müraciət heç vaxt olmayıb. Hətta vəkil bu barədə məlumatı ƏƏSMN-dan əldə etdiyini də bildirərək, qurumu ittiham altında qoydu. Mən ƏƏSMN rəhbərliyini və mətbuat xidmətini bu absurd ittihama reaksiya verməyə çağırıram. Çünki Anarın bu barədə heç vaxt, heç bir müraciəti olmayıb. Əgər olubsa, sübut etsinlər.

Qarşı tərəfin daha bir gülməli iddiası isə Anarın uşaq vaxtından niqt qüsurlu olması, anlaqlılığında problemlər olması və 18 fevraladək dəfələrlə insult keçirməsi ilə bağlıdır. Təsəvvür edin ki, 16 illik həyat yoldaşım Anar hərbi xidmətini Milli Qvardiyada keçib, eyni zamanda polis işçisi olub. Və xəstələnənə qədər heç vaxt işsiz qalmayıb. Belə bir adam necə uşaqlıqdan nitq qüsurlu ola bilər? Hətta Araz Bayramovun vəkili Anarın qeydiyyatda olduğu ərazidə yerləşən poliklinikadan onun səhətindəki problemlərlə bağlı (xəstəliyə qədərki) arayış alınmasını da tələb etdi.

Beləliklə də hakim bütün sənədləri əldə etmək və incələmək məqsədilə məhkəməni təxirə saldı” – deyə, Gözəlova izah edib.

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov 18 fevral, 2021-ci ildə böyrək daşı əməliyyatına girib, 6 saata yaxın davam edən əməliyyatdan sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu və suarxanoidal qanaxması ilə ayılıb. Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında məhkəmə işi ilkin instansiyada tamamlanıb. Nərimanov Rayon Məhkəməsinin keçmiş hakimi Vüqar Quliyev iddiaçı tərəfin cavabdeh qismində göstərdiyi həkim-uroloq Araz Bayramovu günahsız sayıb. Günel Gözəlova Məhkəmənin qərəzli qərar qəbul etdiyini əsas gətirərək, Apellyasiya Məhkəməsinə müraciət edib.

Mövzuyla bağlı saytda yayımlanan digər məqalələr:

bit.ly/3Kzy4xC

bit.ly/37pRtCY

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Hamısı