Hava şəraitinin dəyişməsi ilə əlaqədar soyuqlar davam edərsə, istiliyin verilməsi vaxtının uzadılması məsələsinə baxıla bilər.
Ednews xəbər verir ki, “Azəristiliktəchizat” ASC-dən bildirilib.
Qurumdan bildirilib ki, “Azəristiliktəchizat” aidiyyəti qurumlarla məsləhətləşmələr aparmadan mərkəzləşdirilmiş istilik sistemini dayandırmır.
Qeyd edək ki, mərkəzləşdirilmiş istiliyin mənzillərə verilməsi hər il 15 noyabr tarixində başlayır, 15 aprel tarixində isə dayandırılır.