“2200 km avtomobil yolu var və onlardan cəmi 120 km asflalta örtülüb. Bu da bizim rayonun yollarının cəmi 5%-ni təşkil edir”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili İqbal Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat çıxışı zamanı həmçinin bəzi rayonlarda yolların bərbad olmasından da şikayət edib.
“Lerik və Yardımlı rayonları arasında 30 km məsafə olmasına baxmayaraq, bir körpü və 4 km bərbad yol ucbatından Lerik camaatı 180 km Lerik-Lənkəran-Masallı-Yardımlı avtomobil yolundan istifadə edirlər. Mən hökumətdən bu məsələni nəzərdə saxlamağı xahiş edirəm”.