“Cənab Baş nazir, siz təvazökar insansınız, lakin hökumət üzvlərinin hamısı sizin kimi deyil. Telefonları götürmürlər, deputat statusu haqqında qanunu oxumurlar. Oxumurlar ki, vəzifəli şəxslər dərhal bütün sorğulara cavab verməlidirlər”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı səsləndirib. Deputat həmçinin bildirib ki, elə nazirliklər var ki, vətəndaşlar heç orada çalışan adi işçilərin belə qəbuluna düşə bilmirlər.
“Cənab Baş nazir, sizin elə xidmət sahələriniz var ki, nəinki, nazir və nazir müavini ilə danışmaq olmur, hətta işçilərlə əlaqə saxlamaq belə mümkün olmur. Bizim soğrularımıza idarə rəisi, şöbə müdiri səviyyəsində cavab verirlər. Bunlar dövlət hakimiyyəti orqanlarının bizə olan hörmətidir”.
Tahir Kərimli etdiyi müraciətlərə verilən cavabları da diqqətə çatıdırıb:
“Ağsu dolayları ilə bağlı müraciətimizə cavab olaraq 2023-cü ilə işlərin görüləcəyini deyiblər. Nə olar, 2023-cü ili də gözləyirik. Tarif Şurası ilə bağlı elə cavab veriblər ki, sanki onlar vəziyyəti yaxşılaşdırmaq üçün qiymətləri artırıblar”.
Deputat pensiya artımları ilə bağlı təklif edib ki, 1500, 1000 manat pensiya alanların deyil, aşağı məbləğdə təqaüd alanların ödənişləri artırılsın.
“Yüksək pensiyanın artan həcmi hesabına, 10 aşağı pensiya alanın müavinətini artırmaq olar”, - deyə millət vəkili bildirib.
Vüsalə Balayeva