“Büdcədən fərqli olaraq hökumətin hesabatının müzakirəsinə 1 gün vaxt verilib. Bu məsələləri bir gündə yekunlaşdırmaq mümkün deyil”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat fikirlərini bu cür davam etdirib:
“Bəzi deputatları çıxış üçün yazılır, bəziləri yazıla bilmir. Bəzi rayonların şikayətləri səslənir, bəziləri səslənmir. Təəssüf ki, bizim həmin problemləri hökumət dairələrinə çatdırmaq imkanlarımız da geniş deyil. Vurulan zənglər etinasızlıqla qarşılanır. Bizə müraciətə baxılacağı deyilir, lakin aylarla cavab gəlmir. Ana müxalifət partiyasının sədri olaraq, mənə çıxış etmək üçün şərait yaradılmasını xahiş edirəm”.
Sonda millət vəkili qeyd edib ki, deputatlar elə çıxış edirlər ki, sanki hökumət Milli Məclisə yox, Milli Məclis hökumətə hesabat verir.
Vüsalə Balayeva