Narkoman sürücülər necə təyin olunmalıdırlar? Ekspertdən TƏKLİF

Cəmiyyət 10:29 16.03.2022
Statistikaya görə, son 6 ayda yollarda baş verən qəzaların artmasına səbəb narkotik vasitələrdən istifadə edən sürücülərin sükan arxasına oturmasıdır. Bu cür halların avtomobil idarə edənlərin arasında yaşanması isə xüsusi narahatlıq doğurur. Çünki o, bu hərəkəti ilə nəinki öz həyatını, hətta kənarda olan digər insanların da həyatını təhlükəyə atır. Qeyd edək ki, ötən həftə məhz iki avtobus sürücüsü narkotik maddə istifadə etdikləri üçün saxlanılıblar. Bu isə artıq insanların ictimai nəqliyyatdan istifadə etməsi zamanı yaşanacaq qəzalardan sığortalanmamaq anlamına gəlir. 
 
Regional Sosial Təşəbbüslərə dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov düşünür ki, narkotik preparatlardan istifadə edənlər digər yerlərdə iş tapmadıqları və ya sənətləri olmadığı üçün sürücülük vəsiqəsi alıb məcburi sərnişindaşıma ilə məşğul olurlar. Onun sözlərinə görə, hazırda sərnişindaşınmada narkotestlərin olmaması bu cür halların yaranmasına əlverişli imkan yaradır. Ekspert buna çıxış yolu kimi həmin şəhər və rayonların nəqliyyat departamenti tərəfindən nəticəsi tez bilinən gündəlik sürücülərin testdən keçirilməsinin təmin edilməsini görür. 
 
 
“Çünki narkotik vasitələr qanda müxtəlif zaman çərçivəsində - 24 saat, 1 həftə və 1 ay qala bilir. Onu həmçinin sidikdə də yoxlamaq mümkündür. Bu gün istifadə olunan narkotik vasitələrə görə mütləq hər gün test götürülməlidir yaxud dövlət yol polisi hər hansı bir sürücünü saxladıqda cavabı tez çıxan testdən istifadə etməlidir. O zaman narkotika istifadəçiləri biləcək ki, testlər var və məcburi bundan istifadə etməyəcək. Bir çoxunun ağrıları olduğuna görə dayanmır və bunu etməyə məcbur olur. Bu zaman onları test etdikdə yenə də işsiz qalacaqlar. Onları narkodispanserlərə yerləşdirmək lazımdır”.
 
Ekspert bildirib ki, bu gün müalicə müəssisələrində say məhdudiyyətilə bağlı ciddi problem var. 
 
“Narkodispanserlərdə hazırda yer yoxdur. Bakıda 5 min narkotik istifadəçisi varsa yer sayı 400 nəfərdir. Sumqayıtda min nəfər varsa, 28 nəfərlik yer var. Bu dispanserlərdən beş-altı böyük şəhərdə var, digər regionlarda isə  ümumiyyətlə narkoloji dispanser yoxdur. Deyək ki, narkomanları tapıb dispanserə yerləşdiririk, amma sonrakı mərhələ üçün reabilitasiya mərkəzi yoxdur. Özəl sektor pulludur, hər insanın da ona imkanı yoxdur. Bunun həll yolu hələ ki, testləşdirmədir. Hər bir taksi, yükdaşıma, sərnişindaşıma şirkəti özü bunu test etdirməlidir”. 
 
Narkomanlar niyə artır ?
 
Ekspert cəmiyyətdə narkomanların sayının günü-gündən artmasının birinci səbəbi kimi narkotik vasitələrin dəyişməsini göstərib.
 
“Əvvəlki narkotiklərin istifadəsi 5-10 dəqiqə vaxt alırdı və bəzi digər əşyalar lazım olurdu. İndi çıxan metanfetamin və amfetaminlər üçün demək olar heç nə lazım deyil, istənilən yolla qəbul etmək olur. 
 
İkinci səbəb narkotik istifadəçilərinin özləridir. Onlar bir müddətdən sonra narkotikdən asılı vəziyyətə düşür və ondan həzz yox, ağrıkəsici kimi istifadə edirlər. Bu zaman hardansa oğurluq edib cinayətkara çevrilirlər. Məsələn oğurluqla 100 manata 1 qr. narkotika alır, on yer əvəzinə on beş yerə bölüb satır ki, 100 manat əvəzinə 150 manat qazansın və sabahkı dozaya da pulu olsun. Narkomanların demək olar ki, 80 faizi belə edir. Bunlar potensial “barıqalar”dır. 
Üçüncü səbəb xəstəlik yayanlardır. Şpris tapa bilmir yaxud ondan istifadə qaydalarını bilmir və bundan da onlarda “QİÇS”(SPİD), “Hepatit” və s. kimi müxtəlif xəstəliklər yaranır. Daha sonra isə onlar bəzən bilmədən, bəzən isə qəsdən bu infeksiyaları yayırlar.
 
Dördüncüsü isə İrandan gətirilən ucuz narkotik vasitələrdir. Narkoticarətçilər satış üçün gətirdikləri 1 kiloqram narkotik vasitəyə məsələn 2 kiloqram digər maddələr qatır. Amma bu zaman həzz və ağrıkəsicilik qabiliyyəti üç dəfə azalır”. 
 
 
Ekspert təklif edir ki...
 
Emil Maqalovun sözlərinə görə, on il öncə narkomanın şəxsi istehlak miqdarı məsələn 0,5 qr idisə və onunla tutulurdusa məcburi müalicəyə gedirdi. 
 
“Amma hazırda bu miqdarı ağrıkəsici kimi istifadə edə bilmədiklərinə görə 1 qr istifadə edir. Bu zaman o cinayətkara çevrilir, çünki qanunda məsələn şəxsi istifadə miqdarı 0,5 qr göstərilibsə elə bu səbəbdən də cəzaçəkmə müəssisələrindəki məhkumların böyük faizi narkomanlar, yerdə qalanlar isə narkotikin təsirindən cinayət və zorakılıq törədənlərdir. Zorakılıqla bağlı yeni qanuna əsasən isə cəzaçəkənlərin 80 faizi narkotik istifadəçiləri olacaq. Ona görə aidiyyatı qurumlardan bir də xahiş edirəm şəxsi istehlak miqdarı baxılsın, indi 0,5 qr-dırsa 1qr olsun, bunlar tutulmasın, məcburi müalicəyə göndərilsinlər”. 
 
Narkotik vasitələrdən yaxa qurtarmaq mümkündürmü?
 
E.Maqalov qeyd edib ki, narkomaniya ilə mübarizə ağır və böyük vəsait tələb edən məsələdir. 
 
“Bunun qarşısını almaq mümkün deyil, yoxsa Avropa, eləcə də qonşu ölkələr Türkiyə, Rusiya, Gürcüstanda narkoman olmazdı. Doğrudur, sayları azalıb və polis tərəfindən tutulanlar arasında demək olar ki, müəyyən qədər fərq var.
Amma narkomanlar özü qaldıqca həm potensial  narkoman yetişdirəcək, həm “barıqa” olacaq, həm də xəstəlik yayacaqlar. Müalicə ilə bu yoldan qayıtmaq olar. Buna da böyük maliyyə və dəstək lazımdır. Dövlətin bununla bağlı Qlobal Fondu, Səhiyyə Nazirliyinin layihələri var. Amma hamısı narkodispanserdən sonrakı problemlərə ilişir. Reabilitasiya Mərkəzində 3-6 ay, 1 il qalır, hər şəraiti olur, həm də özlərinə sənət öyrənirlər. Düşünürəm ki, bu layihənin üzərində pilot layihə kimi deyil, tam işləmək lazımdır. Sadəcə, bu layihənin həyata keçməsi üçün böyük maliyyə lazımdır”.
 
Gülnar Səlimova
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı