2022-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2 dəfə artaraq 176,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Ednews-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,4 faizi hüquqi şəxslərin, 50,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,4 dəfə artaraq 86,1 milyon manat olub.