Vətəndaşdan, yoxsa dövlətdən alınan KİRAYƏ MƏNZİLLƏR? Evi olmayan insanların NƏZƏRİNƏ

Cəmiyyət 13:17 19.03.2022
Prezident İlham Əliyev 2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondunun tabeçiliyində olan mənzillərin kirayə verilməsi haqqında dövlət layihəsini təsdiq edib. Şərtlərə əsasən kirayə mənzil üçün müraciət edənlər mütləq şəkildə Azərbaycan vətəndaşı olmalı və heç bir kredit borcu olmamalıdır. 
 
Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.
 
İlkin ödəniş tələb olunurmu?
 
Kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir. 
 
Bəs, hazırda bu sahədə vəziyyət necədir?
 
Ölkədə kirayə mənzil probleminin həll edilməsi üçün dövlət layihəsi həyata keçirilsə də məsələ hələ də öz həllini tapmayıb. Bu gün Azərbaycanda şəxsi mənzili olmadığından və ya işləmək məqsədilə yaşadığı yeri tərk edərək mənzil kirayələyən  kifayət qədər vətəndaş var. Belə ki, mənzil kirayələmək istəyən vətəndaşın qarşısına qoyulan tələb və şərtlər isə onun qarşısına keçilməz sədd qoyur. Onların ən böyük çətinliyi isə mənzilləri tapmaq, kirayə qiymətləri və sənədləşdirmədir.
 
Ümumiyyətlə, layihə əsasında təklif edilən mənzillərin əhəmiyyəti nədir?
 
Məsələni aydınlaşdırmaq üçün əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev suallarımızı cavablandırıb. O, Ednews-a açıqlaması zamanı bildirib ki, hazırda Azərbaycanda müxtəlif formada kredit satışlı - ipoteka kreditləri, güzəştli ipotekalar və yaxud daxili ipotekalarla satılan mənzillər var. 
 
 
“Lakin bunların ilkin və aylıq ödənişləri yüksək olduğu üçün hər kəs üçün əlçatan deyil. Lakin mənzillərin kirayə verilməsi haqqında dövlət layihəsində isə mexanizm tam fərqlidir. Burada vətəndaşlara təqdim olunan xüsusi evlər var. Məsələn bu gün Bakı üzrə təqdim olunan dörd ərazidə və Sumqayıt şəhərlərində 2013-cü ildən sonra inşa olunan binalarda tam təmirli və daha çox kiçik  sahəli mənzillər vətəndaşlara kirayə yolu ilə verilir. Onların aylıq ödənişi həmin ərazidə kirayə verilən mənzillərin qiyməti ilə təxminən eynidir və demək olar ki, bir az da aşağıdır”. 
 
Elnur Fərzəliyevin sözlərinə görə, digər ipoteka kreditlərində vətəndaşlardan tələb olunan sənədlər, rəsmi iş yerləri, adambaşına aylıq xərclər təxminən 200 manatdan hesablanırdı, ancaq burada tamam fərqlidir. 
 
“Vətəndaşın rəsmi iş yeri olmasa da əgər sənətkarlıq fəaliyyəti və ya kiçik bizneslə məşğul olursa, VÖEN-i varsa, orada ödədiyi vergilər və gəliri göstərilirsə, yaxud ailənin xarici ölkədə yaşayan bir üzvü bura göndərdiyi qazancını hansısa formada göstərə bilərsə bu layihədən yararlana bilir. 
 
Bu da kreditli mənzillərin verilməsini sadələşdirir. Məsələnin müsbət tərəfi isə illik kredit faiz dərəcəsinin 4% olması və sığorta haqqı tələb olunmamasıdır. Sığorta Fondu tərəfindən ərazilər xüsusi olaraq seçilib. Belə ki, təklif olunan mənzillər şəhərin tam mərkəzində deyil, nisbətən ucuz ərazilərdə yerləşir. Sumqayıt şəhərində ikiotaqlı mənzil üçün aylıq ödəniş 250 manatdan bir az artıqdır.Mərkəzə  doğru və otaq sayına görə qiymətlər dəyişir”. 
 
Kirayə pulunu ödəyə bilməyən vətəndaşlara hansı güzəştlər verilir?
 
Ekspert bu məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə əgər vətəndaş müəyyən vaxtan sonra kirayə pulunu ödəyə bilmirsə ona iki şans verilir. 
 
“Bu vəziyyətdə vətəndaşa 60 günə kimi mənzilin ödənişini etmək üçün xüsusi güzəşt verilir. Yox əgər o, bu güzəştdən də yararlana bilməsə 60 gündən tez olmaqla kateqoriyaya və tələb olunnan standartlara uyğun başqa bir şəxsi tapıb onunla sövdələşmə əsasında ödədiyi pulu həmin vətəndaşdan alıb bu mənzili onun adına keçirə bilər. Həmçinin kirayə ödəyən vətəndaşın bir müddətdən sonra əlinə pul gəlirsə öz vəsaiti ilə pulu tam ödəyərək mənzili öz adına tam rəsmiləşdirə bilər”. 
 
E. Fərzəliyev bildiirb ki, artıq 1500 nəfərə qədər vətəndaş bu kirayə mexanizmi ilə mənzil əldə edib. 
 
“Yeni mənzillərin təklif olunanda ondan yararlana bilmək üçün növbədə olan bir xeyli insan var. Təbii ki, istənilən halda təklif olunan bütün şərtlər müxtəlif kateqoriyadan olan insanların cibinə uyğundur. Bəziləri daxili kredit, bəziləri ipoteka krediti, bəziləri isə - kirayədə qalanlar bu yolla mənzil əldə edə bilər”. 
 
Ekspert qeyd edib ki, burada ilkin ödəniş olaraq mənzilin 12 aylıq misli tələb olunur. 
 
“Mənzil üçün aylıq ödəniş 300 manatdısa vətəndaş ilkin ödəniş kimi təxminən 3600 manat ödəyir. Təbii ki, istənilən halda bank pul ödəyirsə minimal da olsa özünü sığortalamaq üçün ilkin ödəniş almalıdır. Bu həm də vətəndaşın ilkin ödəniş və aylıq ödəmələrdə problem yaşamayacağının göstəricisidir. Arzu edərdik ki, daha da yeni layihələr həyata keçirilsin ki, digər vətəndaşlarımız da daha aşağı qiymətə mənzil sahibi ola bilsinlər”.
 
Gülnar Səlimova
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
Hamısı