Xəbər verdiyimiz kimi, Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb, nəticədə o, ağır bədən xəsarətləri alıb. İnsidentlə bağlı yeni informormasiya əldə edilib.
Ednews xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Seyid Əhmədli kəndində baş verib.
Qeyd edək ki, Vüqar Zülfüqarlı “SHACMAN” markalı 77 CB 134 dövlət nömrəli yük maşınını idarə edirmiş.
O, dönmə əməliyyatı edərkən minaya düşüb və xəsarətlərlə xəstəxanaya çatdırılıb.