Bakıda Hindistan məhsullarının ticarət sərgisi açılıb

Cəmiyyət 17:33 27.03.2022
Bakıda  Hindistan məhsullarının ticarət sərgisi açılıb. 
 
Bakı İdman Sarayında BEST OF INDIA - Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisinin 8-ci buraxılışının Hindistanın Azərbaycandakı səfiri cənab B.Vanlalvavna, Azərbaycan Respublikası Ekologiya Nazirinin müavini cənab Firdovsi Əliyev və Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab Sanjeev Dhir tərəfindən birgə rəsmi açılışı baş tutub.
 
Açılış mərasimində Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nümayəndələri də iştirak ediblər.
 
Açılış nitqi ilə çıxış edən Hindistanın səfiri B.Vanlalvavna tədbirin Hindistanın müstəqilliyinin 75-ci ildönümünü münasibətilə Azadi Ka Amrit Mahotsav təşəbbüsü çərçivəsində keçirilən geniş tədbirlər silsiləsinin bir hissəsi olduğunu vurğuyıb. O qeyd edib, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün böyük potensial var, belə ki, Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur.
 
Pandemiyaya baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir, səfir bildirib. O, 2021-ci ildə Hindistan və Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin ötən il ilə müqayisədə 27% artdığını və bu sərginin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib.
 
Tədbirdə çıxış edən Nazir müavini Firdovsi Əliyev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı etimadın bütün sahələrdə əməkdaşlığın inkişafı və dərinləşməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb. O əlavə edib ki, ölkələrimiz arasında böyük iqtisadi potensial, hüquqi baza, əlverişli investisiya mühiti mövcuddur. O, bu ticarət tədbirinin və sərgisinin belə imkanların təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, onun davamlı olaraq təşkil olunacağına ümid etdiyini bildirib.
 
Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri cənab Sanjeev Dhir Hindistanın yun məhsulları üçün Azərbaycanda böyük potensialın olduğunu bildirib. O vurğulayıb ki, Hindistan məhsulları həm keyfiyyət, həm də kəmiyyət baxımından qlobal miqyasda rəqabətədavamlı olduğundan bu bazarda Hindistanın yun və digər tekstil məhsullarının, eləcə də əl işləri məmulatlarının payını artırmaq olar.
 
Sərginin 9 günü ərzində Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək. Sərgi 2022-ci ilin martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam edəcək. Sərgiyə giriş ödənişsizdir.
 
Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir. Sərgidə Hindistan turizmi, mədəniyyəti, eləcə də Hindistanda investisiya imkanlarına dair təqdimat videoları da nümayiş etdirilib. Sərginin açılış günündə ziyarətçi sayı gözləniləndən qat-qat çox idi. Ənənəvi hind rəqsləri, Bollivud mahnıları ifaları və xına (Mehndi) stendləri böyük marağa səbəb olub.
 
Günel Həsənova
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı