Oğuzda meşədə yanğın baş verdi - VİDEO - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Oğuzda meşədə yanğın baş verdi - VİDEO

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
FHN-dən Ednews-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.
 
Havanın küləkli olmasına baxmayaraq görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 1,5 ha sahədə quru ot və kol-kos yanıb, sıx meşəlik ərazi yanğından mühafizə olunub.
 
Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...