“Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və baş direktoru Heidi Kühn Facebook səhifəsində Ukraynanın işğalının bir ayına həsr olunan yazı paylaşıb. O, paylaşımında qeyri-siyasi və qeyri-kommersiya təşkilatının strategiyasına sadiq qalaraq, doğma Kaliforniyada məşhur olan “Muir” ağaclarının dünyada əkilməsinin əhəmiyyətindən söz açıb.
“İstərdim bütün dünya yer üzündə “Sülhün Kökləri”ni əkmək üçün mənim ilhamımdan qaynaqlansın.
İstərdim ölkəmin milli abidəsinə çevrilən Muir ağaclarının uca qırmızı budaqları dünya liderləri üçün bir düşüncə və ilham mənbəyi olsun və III Dünya Müharibəsinin bir daha baş verməməsi üçün bir xatırlatmaya çevrilsin...
Bu mənim acizanə duamdır...”
Qeyd edək ki, Heidi Kühn Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) dəstəyi ilə Azərbaycanda səfərdə olub. Heidi Qarabağda, Azərbaycanın işğaldan azad edilən və Ermənistan hərbi qüvvələrinin işğalı dövründə minalarla çirklənmiş rayonlara səfər edib.