“Miqrasiya məktəbi - 4” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib - FOTOLAR - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

“Miqrasiya məktəbi - 4” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+

“Miqrasiya Məktəbi 4” layihəsində təlimlər davam etdirilir. Bu istiqamətdə növbəti təlim Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova və  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin məsul əməkdaşı Sənan Hacıyev tərəfindən keçirilib.

Ednews xəbər verir ki, onlar “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzusunda iştirakçılara hər iki beynəlxalq qurumun fəaliyyət istiqamətləri, Azərbaycan Respublikası ilə mövcud əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələr və tədbirlər barədə ətraflı məlumat veriblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin “Miqrasiya Məktəbi 4” layihəsi çərçivəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun “Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu”, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Zamir Əliyevin “Vətəndaşlıq məsələləri”, “Miqrasiya könüllüsü” İctimai Birliyinin sədri Aydan Həşimovanın “Könüllülük hərəkatı – “Miqrasiya könüllüsü” mövzusunda təlimləri təşkil olunub.

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...