Qayınana və gəlin münasibətləri - müharibə yoxsa sülh? ARAŞDIRMA

Cəmiyyət 15:00 07.04.2022
İllər ötsə, yaşam tərzi dəyişsə də, əsrlərlə davam edən qayınana-gəlin problemi heç vaxt öz aktuallığını itirmir. Ölkə üzrə dağılan ailələrin boşanma səbəblərində demək olar ki, “üçüncü əl” rolunda çox zaman qaynana çıxış edir. Bu klassik mövzudan hər zaman bəhs olunub.  
 
İki insanın ailə qurmaqları dünyada baş verən ən gözəl hadisələrdən biridir. Birlikdə bir həyata sahib olmaq niyyətində olan cütlüklərin qarşısına problemlər çıxsa da, onlar heç bir müdaxilə olmasa danışıb öz aralarında həll etməyə çalışırlar. Lakin bəzən ailələrdə yaşanan bu mübahisələrə “üçüncü əl” yəni qayınanalar müdaxilə edir. Bu da yatmaqda alışan atəşi bir az da gücləndirə bilir. 
 
“Qayınana” problemi...
 
Cəmiyyətdə “Qayınana” problemi boşanmaya əsas səbəblərdən biri kimi göstərilir. Qısqanclıq və idarəçilik iddiasından yaranan bu problem bəzən hər üç tərəfin günahından qaynaqlanır. Çünki çox zaman yaranan situasiyada heç kəs özünü haqsız saymır.
 
Bəs günah kimdədir?
 
Məsələ ilə bağlı Ednews-a danışan sosioloq Əhməd Qəşəmoğlu bu problemdə həm qayınanaların, həm də gəlinlərin bir-birilərindən başqa istəklərə sahib olduqlarını söyləyib.
 
 
“Müasir gənclikdə qayınananın gəlin, gəlinin də qayınana haqqında təsəvvürü yoxdur və fərqli gözləntilərə sahibdirlər. Hər 100 evliliyə 31 boşanmanın düşməsində rol oynayan amillərdən məhz biri də budur. Bu sahədə maarifləndirmənin aparılması çox önəmlidir”.
 
Sosioloq mövcud olan problemin ortaya çıxmasında heç kəsin günahı olmadığını, bunun mənəvi dəyərlərin sıxışdırılmasından qaynaqlandığını bildirib. 
 
“Mənəvi dəyərləri öndə olan cəmiyyətdə ahəngdar münasibətlər formalaşdırır. Lakin, bu dəyərlər sıxışdırılıb arxa plana keçəndə ailədə qarşıdurma, gərginlik yaranır. Bizim ailələrdə mənəvi dəyərlərə əməl olunsa, qayınana, gəlin və kişilər arasında münasibətlər tənzimlənər. 
 
Son illərdə daha da həssaslaşan ailədə ahəngdar münasibətin yaranması yeni şəraitdən irəli gələn yanaşma tərzidir. Bu da bir adamın fəhmi ilə alına bilməz. Azərbaycan və indiki cəmiyyətin xüsusiyyətləri nəzərə alınaraq elmi tədqiqat mərkəzləri yaradılmalı və fəaliyyət proqramı hazırlanmalıdır. Əgər elmin yardımından istifadə edilərək tədbirlər görülməsə, vəziyyət günü-gündən xoşagəlməz hal alacaq”. 
 
Bəs, qayınana – gəlin münasibətləri haqqında cəmiyyətdə hansı fikirlər formalaşıb?
 
Mövzunun aktuallığını nəzərə alaraq qadınlardan öz düşüncələrini öyrənməyə çalışdıq. Müraciət etdiyimiz Nigar Əsədova 10 ilə yaxındır ki, ailə qurub. Həyat yoldaşı ilə sevib ailə qurmasına baxmayaraq qayınanasına görə evliliyində xoşbəxtlik tapa bilməyib. Gənc xanım hətta Ednews-a verdiyi açıqlamada qayınanasına görə boşanmağı belə ağlından keçirdiyini bildirib.
 
 
“Toydan əvvəl və sonra bizim nişanlı olduğumuz dönəmdə qayınanam mənimlə xoş rəftar edirdi. Lakin, evləndikdən 3 ay sonra mənə qarşı münasibəti tam əks istiqamətdə dəyişdi. O, oğlunu mənə qarşı qoyurdu. Bu zaman da ən güclü silahı - gözyaşlarından istifadə edirdi”.
 
Müsahibimiz qayınanasının bu cür davranışlarının altında yatan səbəbin düşünülənin əksinə qısqanclıq olmadığını söyləyir.
 
“Əvvəl qayınanamın belə davranmasının səbəbini qısqanclıq zənn etsəm də, onun niyyəti fərqli idi. Qayınanamın əsl məqsədi ayrı yaşadığım halda öz evində etdiyi hegemonluğu mənim evimdə də davam etdirməyə çalışmaq idi. Buna heç vaxt icazə verməsəm də, hələ də bunu etməyə davam edir və oğlu ilə mənim aramda davamlı olaraq dava salmağa çalışır. Bu vəziyyətə görə əvvəl boşanmağı düşünsəm də, həyat yoldaşımın mənə olan sevgisini görüb bu fikrimdən daşındım”.
 
Hazırda ailəsini qorumaq qərarına gələn Nigar Əsədova boşanmaq fikrindən imtina edib. Lakin...
 
Gənc gəlin deyir ki, bütün bunları qəbul etmək üçün onun bir şərti var...
 
“Yoldaşım da ayrılmamağımız üçün çox israr etdi, qızım da atasını çox sevir. Bu vəziyyət məni daha da səbr etməyə vadar etdi. Ona görə də hələ ki, ərizə ilə məhkəməyə müraciət etməyəcəm. Lakin yoldaşıma da öz şərtimi bildirmişəm, əgər hadisələr əvvəlki kimi cərəyan etsə, mən yenə də öz fikrimə geri dönəcəm”.
 
Psixoloq Cahan Əliyeva isə düşünür ki, gəlin-qaynana münasibətlərində mütləq şəkildə qarşılıqlı hörmət olmalıdır.
 
“Hər iki tərəf bir-birlərinə və həyat tərzlərinə hörmətlə yanaşsalar, gəlinlə qayınana arasında daha az ziddiyyət yaranar. Əvvəlcə gəlinlər qarşısındakı adamın ana olduğunu bilməli və onlara öz anaları qədər hörmət etməlidir. Qayınanalar da həmçinin gəlinlərinə anlayışla yanaşmalıdırlar”.
 
Mütəxəssis həmçinin qeyd edib ki, tərəflər bir-birlərinə əsasən etibar etməli və kiçik səhvlərini böyütməməlidirlər.
 
“Burada həm də kişinin rolu da böyükdür. Kişinin istər anası, istər həyat yoldaşı üçün bir qırmızı xətti olmalıdır və o qırmızı xətdən anası da, yoldaşı da bilməlidir ki bunu aşmaq olmaz. Kişi ailədə tarazlığı qorumalıdır. Əgər bir kişi bu mövqeyi qoruya bilmirsə, demək ki, əvvəldən normal uşaqlıq şəraiti yaşamayıb, normal böyüdülməyib, öz hüququ, öz sözü, özgüvəni, özünə aid olan bir formalaşma hələ ki olmayıb”.
 
Aysel Bədəlova
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Hamısı