“Şirməmməd Hüseynov milli dəyər səviyyəsinə yüksəlmiş bir ziyalımızdır” Deputat

Cəmiyyət 16:28 09.04.2022

Tarixdə yeni dövr adlandırdığımız son iki əsr bəşəriyyətin həyatına sözün əsl mənasında çox böyük yeniliklər gətirdi. Bu yeniliyin özülü ilk növbədə ictimai şüurda təşəkkül tapır, daha sonra ictimai-siyasi və sosial-mədəni həyata sirayət edirdi. Yeni dövrün başlanğıcı ilə fatehlik dövrü də başa çatdı. O zamana qədər millətlərin qüdrəti nə qədər böyük ərazilər fəth etməsi ilə ölçülürdüsə, yeni dövrdə ölçü meyarları da dəyişdi. Artıq qoşunların və silahların çoxluğu yox, ictimai şüurun yüksəliş göstəriciləri hadisələrin inkişafına daha çox təsir göstərən və cəmiyyətlərin gələcəyini müəyyənləşdirən mühüm amilə çevrilməyə başladı. İctimai şüuru oyadan, təkamül etdirən, xalqların gələcək taleyini həll edəcək milli şüur formasına gətirməklə milli dövlətçilik ənənəsini yaradan aparıcı qüvvə isə sərkərdələr deyil, ziyalılar oldu.

Bəşəriyyət ziya və elm, maarif və mədəniyyət erasına doğru güclü bir addım atdı. Azərbaycanda bu hərəkatın başlanğıcında Mirzə Fətəli Axundzadə və onun müasirləri olan ziyalılarımız dayanırdı. Onlar milli ideyanı fikir və düşüncə mərkəzinə gətirməklə özlərindən sonra bu ideyanı milli ideologiyaya çevirəcək böyük bir maarifçilər pleyadasını yetişdirdilər. Milli ideologiyamızı daim cilalayan və sürətlə dəyişən dünyanın tələblərinə uyğunlaşdıraraq ictimai şüurda möhkəmləndirən maarifçilərimiz isə öz növbəsində ilk milli respublikamızı yaratdılar və Azərbaycanı bir milli dövlət kimi müasir dünya dövlətlərinin cərgəsinə qoşa bildilər.

Milli ideologiya, milli dövlətçilik və onların kökündə dayanan milli şüur bu gün də xalqların yaşam tərzinin ictimai, siyasi və mədəni özülünü təşkil edir. Bu özülü daim möhkəmləndirən, cəmiyyətin mənəvi sağlamlığını qoruyan, zaman-zaman ictimai şüuru istiqamətləndirən, modernləşdirən və sapıntılardan uzaqlaşdıranlar isə yenə də ziyalılarımızdır.

Belə ziyalılarımızdan biri də müasiri olmağımızla fəxr etdiyimiz Şirməmməd Hüseynovdur. Şirməmməd Hüseynov həyatının 60 ilini məhz milli ideologiyamızın dərk edilməsinə və təkmilləşdirilməsinə, milli dövlətçiliyimizin öyrənilməsinə və təbliğinə, ictimai şüurun cilalanmasına və möhkəmləndirilməsinə həsr etmişdi. Bütövlükdə XX əsrin ikinci yarısı və 21-ci əsrin ilk 20 ilində ictimai şüura ən çox təsir gücünə malik olan ziyalılarımızdan biri kimi Şirməmməd Hüseynov gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsində misilsiz və təmənnasız bir xidmət göstərdi. Şirməmməd Hüseynovu başqalarından fərqləndirən bir çox xüsusiyyətləri vardı. Elmi araşdırmalarında məqsədyönlülük, davamlılıq və ardıcıllıq, ictimai düşüncələrində millilik və təbii vətənpərvərlik, siyasi baxışlarında müstəqillik, mübarizlik və cəsarətlilik, elmi-pedagoji fəaliyyətində sonsuz fədakarlıq Şirməmməd Hüseynovu böyük bir ictimai-siyasi xadim kimi fərqləndirən ən gözəl məziyyətlərdir. Onun şəxsiyyətinə heyranlıq və sonsuz rəğbət doğuran ən başlıca məziyyəti isə ondan ibarət idi ki, o heç vaxt – istər sovet dövründə, istərsə də milli müstəqillik dövründə özünü hər hansı bir siyasi konyunktura qəlibinə salmadı, həmişə öz orijinallığını, müstəqil fikir və ideya sahibliyini qoruyub saxladı. Təsadüfi deyil ki, ən yaxın məsləkdaşı olmuş Bəxtiyar Vahabzadə ona həsr etdiyi bir şerində Şirməmməd Hüseynovu “Ləyaqət mücəssəməsi” adlandırmışdı. Bu iki söz Şirməmməd Hüseynovun kimliyini xarakterizə edən ən uğurlu və heyrətamiz bir dəyər ifadəsidir və xalqımız bu gün də onu məhz Ləyaqətin özü kimi qavrayır, dərk edir və onu böyük ehtiramla xatırlayır.

Şirməmməd Hüseynov milli dəyər səviyyəsinə yüksəlmiş bir ziyalımızdır. Bu dəyəri dərk etmək, qorumaq, tanıtmaq və təbliğ etmək ondan sonra yaşayan nəsillərin borcudur.

Bu baxımdan Türkiyədə nəşr olunan və geniş oxucu kütləsinə malik olan “Təmrin” dərgisinin xüsusi buraxılışının Şirməmməd Hüseynova həsr olunması onun xatirəsinə ehtiramımızın bir ifadəsidir. Daha öncə, “Təmrin” dərgisinin M.F. Axundzadə, Mirzə Ələkbər Sabir, Mikayıl Müşviq, Rəsul Rza və Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi buraxılışları olmuşdu. Daha böyük bir Azərbaycanlımıza – bütün dünyada məşhur detektivlər müəllifi kimi tanınan Çingiz Abdullayevə həsr olunmuş yeni buraxılış üzərində isə hazırda tərtibat işləri aparılır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı, fəlsəfə doktoru

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı