Dərslər ağırdır, yoxsa şagirdlər tənbəldir? Uşaqların daşıya bilmədikləri yük

Cəmiyyət 14:18 15.04.2022
Təhsil sistemi ilə bağlı ən çox müzakirə olunan problemlərdən biri də məktəblərdə şagirdlərin dərs yükünün çox olmasıdır. 
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Ednews-a danışarkən bildirib ki, tədris proqramı heç də iddia edildiyi kimi ağır deyil. Bu cür ittihamların yayılmasında günahı bəzi müəllimlərin şagirdlərə həddən artıq ev tapşırığının verməsində görür. 
 
“Bir şagirdin nəyisə öyrənməsi üçün 45 dəqiqə kifayətdir. Müəllim metodikanı düzgün seçib tapşırıq verəndə uşaq da bunu yaxşı qavrayır. Biz müəllimlərlə bu sahədə işləməliyik".
 
20 saylı orta məktəbin 6-cı sinif şagirdlərindən birinin valideyni deyir ki, uşaqların dərs yükü həddən artıq çox və çətindir.
 
“Kurrikulum sistemi tətbiq olunduqdan sonra dərslər belə çətinləşib. Şagirdə əlavə kitablar aldırır, əlavə dərslər verirlər. Bu şagirdlərin psixologiyasına, motivasiyasına təsir edir. Onlarda oxumağa həvəsi öldürür, məktəbə getmək istəmirlər. Biz məktəbdə oxuyanda dərslərimiz belə deyildi. Xaricdə institut proqramına salınmış riyaziyyat proqramını bizim uşaqlar məktəbdə keçir. Bu uşaqlarda aqressiya yaradır. Son zamanlar sinif uşaqlarının bir-biri ilə aqressiv davranışı bununla bağlıdır. Dərsə hazır olmayanda isə müəllim sinifdə uşaqların yanında şagirdi təhqir edir”. 
 
Paytaxt məktəblərindən birində dərs deyən coğrafiya müəlliməsinin sözlərinə görə şagirdlər bu cür çətin və ağır yüklü dərsləri qavramaqda da çətinlik çəkirlər. 
 
“Məsələn bütün fənnlərdən bir mövzuda 3 ədəd cədvəl var. Müəllif yazıb ki, cədvəli dəftərinizə çəkin, doldurun və s. Bəs digər fənnlər də bu cür cədvəl verəndə şagird yüklənir. Müəlliməyə 27-28 şagirdin hər birinin 3 cədvəlini yoxlamağa 3 gün lazımdı. 45 dəqiqədə şagirdin biliyi mənimsədiyini yoxlayaq, yoxsa o cədvəlləri? Yoxlamayanda da uşaqlar verilən tapşırığı yerinə yetirmir. 45 dəqiqəni sinifdə uşaq sayına böləndə adama 1 dəqiqə düşmür. 11-ci sinifdə 30 uşaq olar? Summativləri yoxlayıb qurtara bilmirik. Biz ancaq kurrikulumla məşğuluq. Elm öyrətməyə vaxt yoxdur. Ona görə uşaqlar repetitor yanına qaçır. Bizim təhsil sistemi kökündən dəyişməlidir. Bu kurrikulum təhsilimizə nə bəxş etdi? Kurrikuluma nə müəllimlər, nə də uşaqlar hazır deyil. Kağız olmayan ölkədə qalaq-qalaq "ksereks"lər kimə və nəyə lazımdır? Nəvəm 1-ci sinifdə oxuyur. Kitab elə dildə yazılıb ki, valideyn kömək edə bilmir. Gənc ailə 1-ci sinif uşağı üçün hazırlığa 120 manat pul verir”. 
 
Orta məktəbdə ingilis dilini tədris edən müəllimə isə deyir ki, şagirdlər dərsdə daha çox çalışmalıdır. 
 
“Müəllimə evə daha çox çalışma verməkdənsə keçdiyi yeni materialı dərs ərzində şagirdə mənimsətməlidir. Şagirdlər dərsdən çıxanda həmişə onlara deyirəm ki, qapıdan çıxanda öz-özünüzə sual verin “bu gün mən nə öyrəndim? nə qazandım? özümlə evə nə aparıram? Şagird sinifdə daha çox öyrənməlidir, evə dərs yükü az olmalıdır. Şagird də fikirləşməlidir ki, mən nə öyrənirəmsə burda, müəllimənin yanında dərsdə öyrənirəm. Ona görə fikri daha çox dərsdə olmalıdır ki, nə lazımdır mən burda əldə edəcəm, burda öyrəndim, evdə öyrənəcək bir materialım yoxdur".
 
Bəs, görəsən bu problemlə bağlı ölkədəki təhsil mütəxəssisləri nə düşünür. Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, ev tapşırıqları uşağın zəkasının inkişafında mühüm rol oynayır. 
 
“Xüsusilə, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi uşaqlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır”.
 
Ekspert qeyd edib ki, ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil.
 
“Amma təəsüflər olsun ki, hal-hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz onları başa düşmürük. Əvvəllər valideynlər uşağın dərslərinə köməklik edirdi, lakin indi proqram çox çətindir”. 
 
K. Əsədov vurğulayıb ki, şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir.
 
“Əgər bir mövzu şagirdə 45 dəqiqə ərzində öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər.Eyni zamanda, müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni, tapşırıqlar bu hallarda verilə bilər”. 
 
O  bildirib ki, ümumilikdə isə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnləri sinifdə öyrənməlidir. 
 
“Çünki təhsil məktəbdə verilir. Tərbiyənin özü də ailə və məktəbdən gəlir. Şagirdlərimiz məktəbdən evə gedərkən sırf fiziki tərbiyə ilə məşğul olan müəyyən işlər görməlidirlər. Yəni, onlar əyləncəli idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə yaşlı baba və nənə varsa onlarla, valideynləri ilə vaxt keçirməlidirlər. Evə tapşırıqlar ona görə verilməməlidir ki, şagirdin istirahətini keçirməsi üçün ona imkan yaradılsın”.
 
Ekspert hesab edir ki, müəllim adi ev tapşırıqlarının əvəzində, uşaqlara mövzunun işlənməsi üçün elə tapşırıq verə bilər ki, həmin mövzuya aid olan bilgini evdə, həyətdə, gəzintiyə getdiyi məkanda və s. əldə edə bilərlər. 
 
“Bilik hər şey yaddan çıxandan sonra insanın beynində qalan bir məhsuldur. Həyati bacarıqlarına sirayət edən mövzu şagirdin biliyi olur. Yəni, biz şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək”.
 
Gülnar Səlimova
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Hamısı