Yeni inşa edilən 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib

Cəmiyyət 16:08 15.04.2022

Ədliyyə Nazirliyi tərəfindən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa edilən penitensiar müəssisəsinə mediatur təşkil olunub.

Mediatur zamanı millət vəkiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yenicə istifadəyə verilən 4 saylı cəzaçəkmə müəssisəsinin ərazisinə baxış keçirib məhkumlar üçün yaradılan şəraitlə tanış olublar.

Cəzaçəkmə müəssisəsində ümumilikdə 426 qadın, yetkinlik yaşına çatmayanların Tərbiyə Müəssisində isə 21 nəfər cəza çəkir.

Daha sonra qadın və yeniyetmə məhkumların da iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri və həmçinin aidiyyəti məhkəmələr tərəfindən Zəfər Günü münasibətilə elan edilən amnistiyanın 12570 nəfərə tətbiq edildiyi bildirilib. Qeyd edilib ki, cəzadan azad olunanların 5009-u Penitensiar, 6759-u Probasiya xidmətləri tərəfindən tətbiq olunub. Amnistiyanın tətbiqi nəticəsində 8138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3630 nəfərin isə cəzası azaldılıb.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva qeyd edib ki, penitensiar sistemin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

“Bununla bağlı ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun müasir standartlara uyğunlaşdırılması kimi tədbirlər olduqca vacibdir. Cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşınna çatmayan məhkumlar üçün yeni inşa olunmuş müasir penitensiar müəssisə bu sahədə mövcud olan beynəlxalq standartlara tam cavab verməklə yanaşı, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi baxımından əhəmiyyətli olacaq”.

İnsan hüquqları komitəsinin sədri Bahar Muradova yeni məkanın azadlıqdan məhrum olan insanların istifadəsi üçün çox yararlı olduğunu vurğulayıb.

“Amma biz onların hissiyatlarını başa düşürük və inanırıq ki, onlar vəziyyəti daha düzgün dəyərləndirəcək. İnsan cinayət törədibsə o məhkum kimi də hüquqlara malikdir və o hüquqlar qorunmalıdır. Dövlətimiz bunun öhdəsindən layiqincə gəlir. Biz müəssisədə cəza çəkən vətəndaşların qarşılaşdığı problemlərlə məşğul oluruq və hər dəfə də əməkdaşlarımız ürək ağrısı ilə çalışırlar ki, onları həll etsinlər. Cəmiyyətin çox təəssüf ki, bir o üzü, bir də bu üzü var. Sizə arzulayardım ki, tezliklə qapılarınız açılsın. Bu gün hər kəs üçün doğan günəş sizi azadlıqda qızdırsın. Bir daha siz öz emosiyalarınızı, hisslərinizi cilovlamaq imkanını əldən verməyəsiniz”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qadınların ailəsinə, cəmiyyətə tam hüquqlu üzv kimi qayıtması üçün müasir işlək mexanizmlər həyata keçirilir.

“Bu sahədə ayrıca qanun qəbul edilmişdi və penitensiar xidmətin fəaliyyəti də xeyli təkmilləşdirilmişdi. Ümumilikdə ədliyyə orqanlarının inkişafı üçün həyata keçirilən islahatların nəticələri göz qabağındadır. Məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülüb".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, qadın elə cəza çəkməlidir ki, o qadınlığını saxlasın.

“Hər bir cəmiyyəti qadına münasibətlə ölçürlər. Qadın var məhbəsdə azaddır, qadın var azadlıqda biz ona məhbəs düzəltmişik. Vətən müharibəsində şəhid övladını çiyinlərində daşıyan qadınlarımızı da gördük. Qadınlarımız nə qədər mükəmməl, güclü və təhsilli olacaqsa cəmiyyətimiz bir o qədər işıqlı olacaq”. 

Daha sonra tədbir məhkumlar üçün təşkil edilən musiqi proqramı ilə davam edib.

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı