Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının vaxtına dəyişiklik edilib.
Ednews xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçiriləcək birgə iclası aprelin 27-də baş tutacaq.
Toplantının daha əvvəl aprelin 29-da keçirilməsi nəzərdə tutulmuşdu. İclasda "İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər", "Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu", "Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələr" mövzularında dinləmələr keçriləcək.