Məşhur simalardan Mübariz Aslanovu qınayanlara İSMARIC “O, rus dilini bilməsə də Zelenski onu başa düşüb”

Cəmiyyət 16:33 26.04.2022
Bundan bir neçə gün öncə BakuTv-nin əməkdaşı, hərbi jurnalist Mübariz Aslanov mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenskiyə sual ünvanlayarkən rus dilində səlist danışa bilməməsindən dolayı sosial şəbəkədə sərt tənqidlərə məruz qalıb. 
 
Xatırladaq ki, Mübariz Aslanov Ukrayna ərazisində qızğın döyüşlərin getdiyi şəhərlərdən reportajlar hazırlayan azsaylı hərbi müxbirlərdəndir.
 
Mövzu ilə bağlı Azərbaycan mediasının məşhur simaları Ednews-a fikirlərini bildiriblər. 
 
Hazırda Türkiyənin İstanbul şəhərində yaşayan, jurnalist, yazar və publisist İbrahim Nəbioğlu bildirib ki, Mübariz Aslanovla şəxsi tanışlığı yoxdur, onun fəaliyyətini izləməyib. Lakin...
 
“İstənilən halda insanı bu formada tənqid etmək ümumiyyətlə, yaxşı bir şey deyil, ələlxüsus sosial şəbəkələrdə. Çünki burada mütləq anonimlik, trolluq və bilinməyən insanlar var və mən bunu arxadan zərbə kimi qiymətləndirirəm.
 
Üzündən-gözündən abırlı bir azərbaycanlı övladına oxşayır və onun rus dilində pis danışması çatışmazlıq deyil. Yaxşı, bəs onda rus dilini bilən uşaqlar hardadır? Sosial şəbəkələrdə mən ana dili ilə bağlı həmişə məsələ qaldırıram.
 
Xarici ölkəyə jurnalist ezam edilirsə nəinki o ölkənin dilini, hətta oranın tarixini, ənənələrini, siyasi keçmişini bilməlidir”. 
 
İ. Nəbioğlu bildirib ki, önəmli olan qarşı tərəfin verdiyi cavablardır.
 
“Mübariz Aslanov rus dilini səlist bilməsə də Zelenski onu başa düşüb. Onun yerinə ABŞ prezidenti Bayden də olsa və jurnalist ingilis dilində də bu cür qeyri-səlist danışsa onu anlayardı. Jurnalistin əcnəbi dil bilməsi mütləq deyil, amma məsələn Fransaya gedib fransız dilini bilmirsə orada müxbirlik edə bilməz. Lakin Bakıda Fransa haqqında məqalə yaza bilər. Ümumiyyətlə götürsək isə müxbir hərtərəfli və dünyagörüşü geniş olmalıdır. Bu isə təhsillə bağlıdır”.
 
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bildirib ki, münaqişə olan ərazilərdə çəkilişlər edən jurnalist riskə gedir və buna görə həmin adama təşəkkürlər düşür. 
 
“Hər jurnalist müharibə gedən zonalara getməyə hazır olmur. Bu insan isə Xarkovda, Kiyevdə və s. qızğın döyüşlər gedən ərazilərdə olub. O ki, qaldı rus dilini zəif bilməsinə gərək mətbuat konfransındakı insanlara deyərdi ki, sualımı Azərbaycan dilində verəcəm, mənası budur, siz də tərcümə edin. Həm də ana dilində danışması daha effektli ola bilərdi. Sualın özünə gəldikdə isə o zəif idi. Sadəcə olaraq, Zelenski bundan istifadə edərək Azərbaycan və Türkiyəyə olan münasibətini bildirib. İstənilən halda həmin junalistin döyüş bölgəsində olmasını nəzərə almaq lazımdır”.  
 
Yazıçı həmçinin bildirib ki, insan nə qədər çox dil bilsə bir o qədər yaxşıdır.
 
“Biz öz gücümüzü real qiymətləndirməli və gücümüzü biliklə, intellektlə ifadə etməliyik. Düşmənin dilini bilmək lazımdır. İnsanlarda elə bir fikir formalaşıb ki, rus dilində danışanlar pis adamlardır. Mən demirəm uşaqları rus dilli məktəblərə yazdıraq. Onlar ilk növbədə ana dilində danışmalı, sonra digər dilləri öyrənməlidirlər. 
 
Məsələ burasındadır ki, Azərbaycan dilli əhali rus dilini bilən və o dildə danışan əhalidən fəallıqda geri qalır. Bir çox hallarda öz fikrini samballı ifadə edən insanlar rus dilli olub. Bizdə isə bir az söyüşə, təhqirə keçirik.  
 
Bizim xeyli savadlı insanlarımız var, ancaq Rusiyanın təbliğatçı kanallarına rus dilində normal danışan adam çıxara bilmirik. Belə bir şərait yarananda da deyirsən ora çıxmasaydı daha yaxşı idi”.  
 
Milli.az saytının baş redaktor müavini, jurnalist Elçin Alıoğlu Ednews-a açıqlaması zamanı qeyd edib ki, başqa ölkədə çalışan azərbaycanlı jurnalist o ölkədə geniş yayılmış dövlət dillərindən birində səlist və sərbəst danışmağı bacarmalıdır.
 
“Lakin konkret olaraq həmkarımla bağlı məsələyə gəldikdə isə sosial şəbəkələrdə olan bu kampaniya ürəkaçan deyil və birmənalı da deyil. Söhbət həmin şəxsin rus dilini bilməsi və ya sualı formalaşdırmaq bacarığından getmir. Təbii ki, o rus dilini çox pis bilir və təbii olaraq sualı formalaşdıranda bir az həyəcanlanıb. Amma Ukraynada hərbi əməliyyatlarda onun göstərdiyi fəaliyyət, gördüyü işlər də unudulmamalıdır. Eyni zamanda ümid edirəm ki, dəyərli həmkarım bu problemi qısa zamanda aradan qaldıracaq”.
 
Gülnar Səlimova
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Hamısı