Bu gün saat 15 radələrində orta yaşlı kişi Daxili İşlər Nazirliyinin binası qarşısında özünə od vurub.
Ednews xəbər verir ki, bu haqda informasiyanı DİN-in mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, ərazidə olan polis əməkdaşları dərhal alovu söndürüb və onu xəstəxanaya çatdırıb:
"Bəlli olub ki, evinin həyətində inşa etdiyi qanunsuz tikili dövlət qurumlarından biri tərəfindən sökülüb. O da buna etiraz edərək, nazirliyin qarşısında bu addımı atıb. Baş verən hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”.