Azərbaycanda “sovet” mənşəli küçə adları dəyişdiriləcək? Bu küçələrə şəhid adları verilsin! - ARAŞDIRMA

Cəmiyyət 12:00 29.04.2022
Xəbər verdiyimiz kimi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb.
 
Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı tarixçi və dilçi alimlər də daxil edilib.
 
Bəs, indiyə qədər Bakının küçə və prospektlərinin adlandırılmasında vəziyyət necə idi?
 
Ednews məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Ortaya çıxan mənzərə isə çox təəssüf ki, heç də ürəkaçan olmayıb. Belə ki, “Google” xəritəsinin axtarış hissəsində Bakı şəhərinin küçə adlarını qeyd etdikdə ortaya ilginc, bəzən isə gülünc mənzərələr çıxır. 
 
Sovet dönəmində demək olar ki, Bakı küçələrinin əksəriyyətini, inqilabçıların, kommunistlərin, Sovet hakimiyyətində təmsil olunan şəxslərin adları bəzəyirdi.
 
Hətta burada çoxluq erməni adlarından və sözlərindən ibarət idi. Hazırda bu adların çox hissəsi dəyişdirilsə də köhnə, anlamsız küçə adlarının qaldığı ərazilər də var. Məsələn (Keçid məhəllə”, "Vtorçermet - Yusifzadə”, "Rezervuar”, "İzlivnoy”, "Stroydetal”, "2-ci dəmiryol küçəsi”, "3-cü dəmiryol küçəsi”, "1-ci - 15-ci sıra küçələri”, "Vorovski”,  "Xutor”, Yasamal rayonu ərazisindəki "7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən "22-ci dairə”, "Kərpic”, "7-ci Sverdlov”, "Todorski”, "Droqal” küçələri, 2-ci Dağlıq küçəsi və.s) 
 
Bəzən isə qarşımıza elə küçə adları çıxır ki, ümumiyyətlə bu ad bizə heç nədən xəbər vermir.
 
Küçələrə şəhid adları verilməlidir...
 
Azərbaycanın haqq savaşı - 44 günlük müharibədən sonra isə küçə və prospekt adlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. 
 
Hazırda cəmiyyət arasında yuxarıda sadalanan bu cür mənasız və anlaşılmaz adlar öz etnik mənzərəsini saxlamaqla Vətən mühairbəsində həlak olanların, əsasən də Azərbaycanda yaşayan azsaylı xalqların şəhid nümayəndələrinin adları ilə dəyişdirilməsi təklif olunur.
 
Bu təkliflə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan təklifimizi yüksək qiymətləndirərək bildirdilər ki, bu prosesin ətrafında müəyyən işlər gedir.  
 
Ednews-a verilən məlumata görə, şəhid adlarının əbədiləşdirilməsi haqqında Prezidentin fərmanı, Nazirlər Kabinetinin sərəncamı var:
 
“Biz artıq şəhidlərin adına müəyyən sənədləri toplamışıq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün onların valideynləri bizim quruma müraciət ediblər. Hazırda bütün Bakının rayonları ərazilərində olan şəhidlərin adlarını toplayıb təhlil edirik. 
 
Bu işin icra olunması proseduruna gəldikdə isə Prezidentin fərmanı əsasında Nazirlər Kabineti qanun çıxarır, Bakı İcra Hakimiyyəti isə bu işi icra edir.
 
Bəs, azsaylı xalqların şəhid nümayəndələrinin adları gələcəkdə küçə və prospektlərə verilə bilərmi? 
 
Qurumdan bildirilib ki, əsasən regionlarda bu xalqların nümayəndələrinin adlarına bəzi küçələr var. Bakıda da bu həyata keçirilə bilər. Ancaq nəzərə alsaq ki, Bakı şəhərində düşündüyünüz kimi, o qədər də küçə yoxdur. Bundan başqa şəhid adı ilə adlandırılan küçə də onun adına layiq olmalıdır. Çünki 50-100 metrlik küçələrə şəhid adı vermək bir az yaxşı olmaz. Biz onların xatirəsinə ehtiramla yanaşırıq”.
 
Gülnar Səlimova
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Britaniyada COVID-19-un yeni ştamı yayılıb
09:01 05.07.2025
Danimarka ordunun müşahidə imkanlarını gücləndirməyə 530 milyon dollar ayırır
08:39 05.07.2025
ABŞ "TikTok"un Çindən alınmaq üçün müqavilə hazırlayıb
08:07 05.07.2025
Makqreqor Ağ Evdəki UFC döyüşündə iştirak etmək istəyir
07:34 05.07.2025
Klublararası dünya çempionatının 1/4 final matçları məlum oldu
07:07 05.07.2025
İşə düzəlmək istədi,5000 manatı oğrulandı
06:34 05.07.2025
Brüs Li muzeyi qapılarını bağlanır
06:07 05.07.2025
Qulaqcıq taxanlar bunu oxumalıdır
05:34 05.07.2025
Neyron şəbəkələr KİV-lərin trafikinin azalmasına səbəb olur
05:02 05.07.2025
Neandertallar niyə "yağ fabriki" qurmuşdular?
04:27 05.07.2025
Keti Perri və Orlando Blum rəsmi olaraq ayrıldı
03:55 05.07.2025
Partey Cinsi təcavüzdə ittiham olunur
03:24 05.07.2025
Almaniyada könüllü hərbi xidmət tətbiq ediləcək
02:51 05.07.2025
400-dən çox delfin özünü sahilə atıb
02:10 05.07.2025
Qlobal istiləşmə dünyada süd istehsalını kəskin azalda bilər
01:48 05.07.2025
2 milyard dollarlıq "Bitcoin" oğrulandı
01:17 05.07.2025
Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Ermənistan Rusiyaya nota verdi
19:28 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Hamısı