Strasburqda dinlərarası dialoqa həsr edilmiş konfrans keçirilir

Cəmiyyət 13:59 02.05.2022
Avropa İttifaqının üç paytaxtından biri olan Strasburq şəhərində İtaliyanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi çərçivəsində dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfrans keçirilir.
 
Ednews  xəbər verir ki, tolerantlıq məkanı kimi tanınmış Azərbaycan konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Avropa Şurası Nazirlər Komitəsinə İtaliyanın sədrliyi çərçivəsində təşkil edilmiş və Avropa Şurası Baş katibinin müavini Byorn Berjenin moderatorluğu ilə keçirilən konfransda Avropa Şurasına üzv dövlətlərin dini rəhbərləri, eləcə də bir çox Avropa universitetlərinin din azadlığı üzrə professorları iştirak edirlər.
 
Tədbirdə əvvəlcə birgə foto çəkdirilib.
 
Konfransda Avropa Şurası çərçivəsində dinlərarası dialoqun Strasburq Prinsipləri ətrafında müzakirələr aparılacaq, dini rəhbərlərin fikirləri dinləniləcək.
 
Strasburq Prinsiplərində qeyd edilir ki, dinlər insanların dini təmayülündən asılı olmayaraq, onların kimliyinin tərkib hissəsi kimi mühüm rol oynayır. Hər bir demokratik cəmiyyətin əsasında fikir, vicdan və din azadlığına hörmət durur. Din və etiqad azadlığı insan hüquqlarının təməl daşlarından biridir. Müvafiq qanunlar və onların səmərəli icrası və onlara riayət olunması dinindən və etiqadından asılı olmayaraq, insanlara qarşı ayrı-seçkilik etmədən birlikdə dinc yanaşı yaşamaq üçün vacib amildir.
 
Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsində təsbit edildiyi kimi fikir, vicdan və din azadlığı dindarlar, eləcə də dini mənsubiyyəti və dinə aidiyyatı olmayanlar üçün də əsas hüquqdur. Bu gün Avropada dini mənzərə sürətlə inkişaf edərək, dinlərarası və dinlərdaxili müxtəliflik məkanını daha da genişləndirir. Dinlərarası və mədəniyyətlərarası dialoq Avropa cəmiyyətində qarşılıqlı anlaşma, hörmət və əməkdaşlığı gücləndirməyə töhfə verir. Dini liderlər və dindarlar arasında insan ləyaqətinə, insan hüquqlarına və əsas azadlıqlara, demokratik prinsiplərə və qanunun aliliyinə hörmətə əsaslanan dinlərarası dialoq ayrı-seçkiliyə qarşı mübarizəni, qarşılıqlı hörmət, barışıq və sülhü təşviq etmək üçün zərurətdir.
 
Dini radikalizm və ekstremizm dinin düzgün başa düşülməsinə və tətbiq edilməsinə ziddir. Dini radikalizm və ekstremizm dindən gizli məqsədlər daşıyır, zorakılıq və münaqişələrə təhrik etmək üçün vasitəçilik edir. Belə zorakılıq bütün cəmiyyətə təsir edir. Belə zorakılığı pisləyərkən, din adına törədildikdə ona qarşı mübarizə apararkən, dini icmanın bütün üzvlərinin stiqmatiz edilməsinə yol verilməməlidir. Fikir və söz azadlığına hər zaman başqalarına və ictimai asayişə hörmətlə yanaşaraq, dinin müəyyən aspektlərinə tənqidi yanaşmaq hüququ daxildir.
 
Dövlət müxtəlif dinlər, konfessiyalar və etiqadlarla münasibətlərdə tənzimləmə səlahiyyətlərini həyata keçirərkən dini və ya konfessiya xarakterli mübahisələrdə iştirakdan çəkinərək, neytrallığı və qərəzsizliyi qorumağa borcludur. Dini konfliktlərlə qarşılaşdıqda siyasi hakimiyyətin rolu qanuna uyğun həll yolları axtarmaq, dini icmaları qanuna və bir-birinə hörmət etməyə çağırmaqdır. 2000-ci ildən Avropa Şurası Avropa cəmiyyətlərində qarşılıqlı hörməti, sülhü daha çox inkişaf etdirmək məqsədilə dinlərarası dialoqun asanlaşdırılmasında fəal iştirak edir.Bu təcrübəyə əsaslanaraq, konfrans gələcək fəaliyyətləri istiqamətləndirməyə töhfə verməsi mümkündür.
 
Xatırladaq ki, mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” bütün dünyada mühüm platformaya çevrilib. Əsas məqsədi mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək olan, müntəzəm olaraq dünya ölkələrinin siyasi və dini liderlərinin bir araya gətirən “Bakı Prosesi” 2010-cu ildə regional təşəbbüsdən qlobal təşəbbüsə çevrilib. Azərbaycanın dinlərarası dialoq sahəsindəki təcrübəsi bütün dünya ölkələri üçün nümunədir.
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
Hamısı