Bakının Dağüstü park hissəsində, Gülüstan sarayına gedən yolda istifadəyə yararsız olan bu tikili, Sovet dövründə dövlət qurumu kimi fəaliyyətdə olub.
Ednews-un əməkdaşının apardığı araşdırma zamanı ərazidən tapılan sənədlərin kiril əlifbasında yazılması bunu deməyə əsas verir.
Bu isə binanın 1980-90-cı illərdə istismarda olduğu qənaətinə gəlməyə zəmin yaradır.
Tikilidən tapılan sənədlər arxitektura, memarlıq və şəhərsalma ilə bağlıdır.
Qeyd edək ki, ərazinin yaxın yerdə yaşayış olmadığından onunla bağlı ətraflı məlumat ala bilmədik.
Ləman Abbaslı
Foto: Fariz Faiqoğlu