KTM-in Doğum-Ginekologiya şöbəsi fəaliyyətini bərpa etdi - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

KTM-in Doğum-Ginekologiya şöbəsi fəaliyyətini bərpa etdi

Cəmiyyət A- A A+
Uzun müddət COVID-19 virusuna yoluxaraq vəziyyəti ağırlaşan hamilə və zahı qadınlara (ölkə üzrə) xidmət göstərən Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Ginekologiya şöbəsi artıq digər şöbələr kimi adi qaydada fəaliyyətini bərpa edib.
 
Bu barədə Ednews-a KTM-dən məlumat verilib.
 
Qeyd olunub ki, Doğum-Ginekologiya şöbəsi Mərkəzin II korpusunda yerləşir. Şöbədə 21 həkim mama-ginekoloq, 4 neonatoloq, 35 mama, 7 tibb bacısı və 21 kiçik tibb işçisi olmaqla, ümumilikdə 88 tibb personalı xidmət göstərir.
 
Təkcə paytaxt deyil, ölkəmizin dörd bir tərəfindən hamilə və zahı qadınlar bura müraciət edərək icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...